Daxili işlər naziri rəis təyinatı imzalayıb
Tarix: 12-09-2019 14:06 | Bölmə: Xəbərlər
Daxili işlər naziri rəis təyinatı imzalayıb

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Reyting.az xəbər verir ki, Suraxanı Rayon Polis İdraəsindən məlumatı Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə , Daxili işlər nazirinin müvafiq əmri ilə, vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}