Gürcüstanın baş naziri Azərbaycana gəlir
Tarix: 08-10-2019 15:11 | Bölmə: Xəbərlər
Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Giorgi Qaxaria oktyabrın 9-da Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycana səfər G. Qaxarianın baş nazir vəzifəsində ilk xarici səfəri olacaq.

Gürcüstanın hökumət başçısı Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Gürcüstan-Azərbaycan münasibətləri və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, G. Qaxarianın baş nazir kimi ilk səfərləri qonşu ölkələrə olacaq: "Baş nazir ilk olaraq Gürcüstan üçün xarici siyasət və ticari-iqtisadi sahələrdə böyük əhəmiyyət kəsb edən tərəfdaş ölkələrə səfər edəcək".

Azərbaycandan sonra hökumət başçısının Ermənistan, daha sonra isə Türkiyəyə səfərləri planlaşdırılıb.

Qeyd edək ki, G. Qaxaria bu ilin sentyabrın 8-də qonşu ölkənin baş naziri təyin olunub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}