16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DİN: "Ötən gün 12 cinayətin üstü açılıb"
Tarix: 16-11-2019 11:45 | Bölmə: Xəbərlər
DİN: "Ötən gün 12 cinayətin üstü açılıb"

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub: "Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət alıb".

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib: "Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}