Qadın general terror zamanı qətlə yetirilib
Tarix: 01-04-2020 20:15 | Bölmə: Xəbərlər
Qadın general terror zamanı qətlə yetirilib

Kabildə Milli Təhlükəsizlik Agentliyi Baş İdarəsinin bölmə rəhbəri Şarmila Foruğ öldürülüb.

Reyting.az
“IRNA”-ya istinadla xəbər verir ki, qadın generalın həlak olması barədə məlumatı Əfqanıstan müdafiə nazirinin müavini açıqlayıb.

General Şarmila Foruğ martın 31-də yol kənarında yerləşdirilmiş bombanın partlayışında ağır yaralanıb və xəstəxanaya aparıldıqdan sonra ölüb.

Cinayətlərə görə heç bir qrup və ya şəxs məsuliyyəti öz üzərinə götürməyib, lakin “Taliban”ın əvvəllər hökumət idarələrində qadınların olmasına qarşı çıxdığı bəllidir.

Bəzi mənbələrə görə, Əfqanıstan ordusunda 1.500, polis sıralarında isə təxminən 3500 qadın var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}