14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakı Baş Polis İdarəsi əhaliyə müraciət edib
Tarix: 03-04-2020 10:11 | Bölmə: Xəbərlər
Bakı Baş Polis İdarəsi əhaliyə müraciət edib

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

Reyting.az
xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi də bu məqsədlə əhaliyə müraciət edib.

Müraciətdə vətəndaşlar şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}