Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi - Video
Tarix: 31-05-2020 10:45 | Bölmə: Xəbərlər
Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi

Mayın 29-da Milli Məclisinin deputatı Əli Məsimli Şəki rayonunun Şin kəndindən olan seçiciləri ilə onlayn qəbul keçirib.

Reyting.az
xəbər verir ki, qəbula gələn vətəndaşlar üçün deputat ofisində COVİD-19 virusuna qarşı mübarizənin təşkili məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun şərait yaradılıb, sosial məsafəyə ciddi riyaət edilməklə tək-tək onlayn qəbul forması tətbiq edilib.

Qəbul zamanı vətəndaşlar yaşadıqları kəndin qazlaşdırılması, artezian quyularının vurulması, əkin sahələrinin suvarılması, ödəmə terminallarının quraşdırılması, işlə təmin olunma, təbii fəlakət nəticəsində dağıntıya məruz qalmış mənzillərinin təmir edilməsi və s. problemlərin həllinə kömək göstərilməsini xahiş ediblər.

Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi

Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan ən ciddi problem çox cüzi ölçüdə olan pay torpaqlarının ünvanlı dövlət sosial yardımın təyin edilməsində və digər sosial paketə daxil olan güzəştlərdən yararlanmalarına ciddi mane olması ilə bağlı olub.

Qəbulun gedişində seçicilərlə deputat arasında ətraflı fikir mübadiləsi aparılıb, onlara Şin kəndinin və ümumilikdə vətəndaşların problemlərinin həlli istiqamətində həyata keçirilmiş tədbirlər, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlər barəsində məlumat verilib.

Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi

Sonda qəbul zamanı qaldırılan hər bir problemlə bağlı müvafiq tədbirlərin görülməsi və lazımi köməyin göstərilməsi barədə deputat tərəfindən köməkçisi Vüsal Baxışova müvafiq göstəriş və tapşırıqlar verib.

Onlayn görüşün video yazısı ilə bu linkdə tanış ola bilərsiniz:



Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi
Əli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdiƏli Məsimli seçiciləri ilə daha bir onlayn qəbul keçirdi





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}