İndoneziyalılar bu il həccə getməyəcək
Tarix: 02-06-2020 18:23 | Bölmə: Xəbərlər
İndoneziyalılar bu il həccə getməyəcək

Həccin baş tutub-tutmayacağı hələ təyin olunmasa da, İndoneziyanın Həcc Nazirliyi koronavirusun yayılması ilə əlaqədar bu il Həcc ziyarətinə heç kimin göndərilməyəcəyini bildirib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, İndoneziya, kvota sisteminə görə, Həcc ziyarətinə hər il orta hesabla 221 min nəfər göndərib.

İndoneziyanın Həcc naziri Fakrul Razi bu il Həcc ziyarətinin ləğv edilməsi qərarının koronavirusla əlaqədar səyahət məhdudiyyətlərinə görə verildiyini açıqlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}