Məhkəmə bankirin oğlu barəsində həbs qərarı verdi
Tarix: 03-07-2020 16:06 | Bölmə: Cəmiyyət
Məhkəmə bankirin oğlu barəsində həbs qərarı verdi

Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.

Reyting.az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, Ülvi İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Yunis İldırımzadənin müşaviri olub.

O, bank bağlanandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}