Koronavirusa qarşı 8 peyvəndin son sınağı keçirilir
Tarix: 20-09-2020 09:59 | Bölmə: Xəbərlər
Koronavirusa qarşı 8 peyvəndin son sınağı keçirilir

Yeni növ koronavirusla (COVİD-19) əlaqədar 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu - üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Səhiyyə Təşkilatının məlumatına görə, daha bir peyvəndlə bağlı üçüncü mərhələdə sınaqların aparılmasına icazə verilib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur.

Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}