16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanın müxalifət lideri həbs edilib
Tarix: 26-09-2020 01:09 | Bölmə: Xəbərlər
Ermənistanın müxalifət lideri həbs edilib

Yerevan məhkəməsi hakim Mnasakan Martirosyanın sədrliyi ilə "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan barəsində həbs qərarı çıxarıb.

Reyting.az
xəbər verir ki, Qaqik Sarukyan 2017-ci ilin parlament seçkilərində seçicilərin rüşvətlə ələ alınmasında, habelə digər cinayət əməllərində ittiham edilir.

İyunun 14-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Arinj (Kotayksk əyaləti) icmasında Qaqik Sarukyanın evində axtarışlar aparıblar, o, bundan sonra bir neçə saat ifadə verib. Bütün bunlar xidmətin binası qarşısında kütləvi etiraz aksiyasına səbəb olub.

İyunun 16-da Sarukyan yenidən dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, siyasətçi bundan sonra bildirib ki, ona qarşı iş qondarmadır.

İyunun 16-da Ermənistan parlamenti Baş Prokurorluğun Sarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və azadlıqdan məhrum olunması barədə vəsatətini təmin edib. İyunun 21-də məhkəmə prokurorluğun Qaqikin bu cinayət işi çərçivəsində həbsi haqqında xahişini rədd edib, ancaq Milli Təhlükəsizlik Xidmətinin müstəntiqləri qərardan şikayət ediblər. (Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}