Ermənilər generala cinayət işi açıb - Səbəb
Tarix: 21-11-2020 15:31 | Bölmə: Xəbərlər
Ermənilər generala cinayət işi açıb

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahının sabiq rəisi, Müdafiə Nazirliyinin Hərbi-Nəzarət Xidmətinin rəhbəri vəzifəsindən 3 gün əvvəl istefa verən Movses Hakobyana cinayət işi açılıb.

Reyting.az
xatırladır ki, general-polkovnik Hakobyan üç gün əvvəl Yerevanda mətbuat konfransı keçirərək bir sıra hərbi məsələlərə dair açıqlama verib.

General deyib ki, Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İsgəndər” kompeksi tətbiq edib.

O, eyni zamanda bəyan edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların 100 faizi yalan olub.

Hakobyan, həmçinin erməni ordusunun real durumu, qoşun növlərinin strukturunda son 2 ildə edilən dəyişikliklər haqda real faktları sadalayıb. Erməni mətbuatı bildirir ki, məhz belə informasiyaları yaydığına görə, general-polkovnikə qarşı Ermənistanda cinayət işi açılıb.

Generala qarşı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) ilə cinayət işi başlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, generalın mətbuat konfransında səsləndirdiyi fikirlərdən sonra Müdafiə Nazirliyi Hakobyanı dövlət sirrini yaymaqda ittiham etmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}