350 erməni hərbçinin meyiti təhvil verilib
Tarix: 21-11-2020 23:56 | Bölmə: Xəbərlər
350 erməni hərbçinin meyiti təhvil verilib

Noyabrın 13-dən bu günədək Ermənistana 350 erməni hərbçinin meyiti təhvil verilib.

Bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Bildirilir ki, meyitlər Şuşa, Xocavənd, Qırmızı Bazar və Suqovuşandan toplanıb.

Rusiya sülhməramlıları və Qırmızı Xaç Komitəsi nümayəndələrinin iştirakı ilə digər ərazilərdə meyitlərin axtarışı davam etdirilir.

Dağlıq Qarabağdakı separatçı rejimin “Ombudsmanı” Artak Bəyləryan dövlət və beynəlxalq strukturları ölənlərin cəsədlərinin axtarışı, hərbi əsir və itkin düşmüş şəxsləri tapmaq və xilas etmək üçün mümkün qədər tez və səmərəli işləməyə çağırıb.

A. Bəyləryan qeyd edib ki, Şuşada yaralı vəziyyətdə olan bir polis də tapılıb: “O, altı gün meşədə gizlənib və axtarış əməliyyatları zamanı xilas edilib. Təəssüf ki, hələ bir nəfər də olsun sağ hərbçi tapılmayıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}