16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daxili İşlər Nazirliyində yeni təyinat olub
Tarix: 26-11-2020 13:10 | Bölmə: Xəbərlər
Daxili İşlər Nazirliyində yeni təyinat olub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev tutduğu vəzifədən azad edilib.

Reyting.az
xəbər verir ki, nazirin digər əmri ilə E. Hacıyev Daxili İşlər Nazirliyinin Kütləvi informasiya vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Eyni zamanda, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsi ləğv edilib.

DİN-nin Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E. Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}