23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Postmüharibə sindromu - Vahid Qazi yazır
Tarix: 29-01-2021 16:42 | Bölmə: Xəbərlər

Sovetin təzəcə çökən vaxtları idi. Turist firması Ladoqa gölündə yerləşən Valaam adasına iki günlük gəmi səfəri təşkil edirdi. Sankt-Peterburqa gəlmişkən oranı da görək deyib, - dostlarla səyahətə çıxmışdıq.
O vaxt Valaam pravoslav monastırı fəaliyyətini bərpa etməyə başlamışdı. Əvvəl əlillər eviymiş. Sonralar oxudum ki, bu gözəl ada və yaraşıqlı qədim dini abidəni kommunistlər dəhşətli bir evə çeviribmiş. Niyə? Necə?
1941-1945 müharibəsindən sonra sovet xalqı qələbənin eyforiyasını yüz minlərlə əliliylə birgə yaşayırdı. Kinolarda görmüş olarsınız əlini, ayağını, gözünü itirmiş müharibə veteranlarını – qoltuq ağacı ilə şəhər meydanlarını dolaşan, döyüş şücaətlərindən şövqlə danışan, qarmon çalan, içib keflənən, yoldan keçənlərlə zarafatlaşan gülərüz qəhrəmanları.
Əslində reallıq başqa idi. Qalib ölkə onu canı bahasına xilas edən müharibə əlillərinə yiyə dura, onların qayğılarını qarşılaya bilmirdi. “Heç nəyə yaramayan” yüz minlərlə qolsuz, ayaqsız əlil talenin ümidinə buraxılmışdı, səfalət içində sürünür, küçələrdə dilənçilik edirdi.
1940-cı illərin sonunda Stalin rejimi problemi özünə xas metodla həll etməyə girişdi – sovet xalqının gözünü “mazol” eləmiş, sinəsində medallar cingildəyən “dilənçiləri” küçələrdən yığışdırmaq qərarına gəldi.

Yevgeni Kuznetsov “Valaam dəftəri” kitabında bu haqda belə yazır: “…Bunun qeyri-formal, həqiqi səbəbi yüz minlərlə əlsiz, ayaqsız, dilənçi təəssüratı yaradan əlilin vağzallarda, qatarlarda, küçələrdə, harada gəldi orada müzəffər sovet xalqının gözünü yağır eləməsi idi. Sinəsi ordenlə dolu biri çörək dükanın qarşısında dilənir. Yaramaz belə! Nə olur-olsun bunlardan can qurtarmaq gərəkdir! Amma necə etməli, hara yığmalı?
Adalara, köhnə monastırlara! Gözdən-könüldən uzağa. Bir neçə ay ərzində qalib ölkə küçələri “ayıb”dan təmizlədi! Beləcə Kirillo-Belozer, Qoritsk, Aleksandro-Svirsk, Valaam və başqa adalarda əlil evləri yarandı…”
Bir dəfə yazmışdım ki, demokratik toplumlarda olduğu kimi despotik cəmiyyətlərdə də vətəndaşlar bərabərdir. Amma birincidə onlar hər şeydir, ikincidə heç nə.
Bilmirəm postmüharibə sindromu bizdə araşdırılıbmı?! Açığı, rastıma çıxmayıb.
Tibb elmində adına posttravmatik stress pozuntusu deyilən bu sindromu ağır müharibələrdən keçmiş bütün toplumlar yaşayıb. Bunun həmin toplumların demokratik, yaxud despotik olmasına dəxli yoxdur. İstər Vyetnam müharibəsində məğlub olmuş ABŞ kimi azadlıqlara açıq, istərsə də 1941-1945 müharibəsini udmuş SSRİ kimi totalitar ölkə.
Məsələ bundadır ki, bu sindromu tək məğlub tərəf ağrılı keçirmir, elə qaliblər də yaşayır. Söhbət birinin eyforiya, o birinin depressiya halından getmir. Keyi açılan yaranın ağrısı başlayan kimi, müharibə havası çəkildikcə toplumda onun ağır fəsadları yavaş-yavaş boy verir.
Müharibədən çıxmış insanın (toplumun) psixoloji durumundan bəhs edən çox kitab yazılıb, film çəkilib, incəsənət nümunəsi yaradılıb. Məsələn, bu yazı üçün seçdiyim amerikan rəssam və yazar Tomas Linin “İki min yardlıqdan baxış” rəsmi kimi.
Yaxud çoxunuzun gördüyü “Rembo: ilk qan” filmi kimi. Stallonenin ən çox bəyəndiyim filmidir.
ABŞ-da Vyetnam müharibəsinin faciələri, travması uzun illər keçməsinə baxmayaraq indi də müzakirə mövzusuna çevrilir. Azadlıqlara qapalı ölkələrdən fərqli olaraq azad və güclü dövlət ən ağrılı problemlərin belə açıq müzakirəsindən qaçmır, həll yollarını cəmiyyətlə birgə tapmağa çalışır.
Özümüzdən danışaq.
Son vaxtlar şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının üzləşdiyi problemlərlə bağlı yazılar ölkə gündəmində daha çox yer almağa başlayıb. Əsgər intiharı, şəhid qəbirləri, əsgər maaşlarının ikiqat azaldılması və bu sayaq xəbərlər fonunda müharibədən qayıtmışların psixoloji durumu, toplumun nəbzi daha aydın duyulur, görünür. Bunlar həmin sindromun ilkin əlamətləridir.
44 günlük qalibiyyət müharibəsindən sonra bizim də təkrar belə bir sindrom yaşayacağımız gözləniləndi. Əvvəlki Qarabağ müharibəsində bu sindromun o qədər də qabarıq üzə çıxmamasının səbəbləri vardı – 20 yanvar şoku, Xocalı qırğınının travması, siyasi təlatümlər sözügedən sindromu kölgədə qoyurdu. İndi də güman etmək olardı ki, sindromu koronavirus pandemiyası və onun daha da qəlizləşdirdiyi işsizlik, yoxsulluq arxa plana keçirər. Amma görünür, belə deyil. Problem üzdədir və getdikcə özünü göstərir.
TV-lərdə gördüyüm odur ki, bizdə şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranlarına qayğı var: “YAŞAT” Fondunun yaradılması, evlərin, maşınların verilməsi, əzalarını itirənlərin protezlə təmini, psixoloji yardım üçün Türkiyədən psixoloqların dəvət olunması və başqa işlər. Bunlar problemin həllinə yetərlidirmi? Baxaq görək.
Dövlətimiz varlıdır, bu, postmüharibə sindromunu nisbətən yüngül keçirməyimizə imkan verir – sosial, məişət problemlərini həll etmək baxımdan deyirəm. Amma fikrimcə, bu sindromun ən ağrılı halını bizə Qarabağda rus qoşunlarının, erməni separatçılarının mövcudluğu yaşadacaq.
Əgər Azərbaycan xalqının postmüharibə sindromunu, ələlxüsus da onun depressiv halını yaşamasını istəmiriksə, dirəniş göstərib Rusiya qoşunlarını torpaqlarımızdan çıxarmalıyıq.
Əks halda toplum bu sualla üz-üzə qalacaq: minlərlə qurban Qarabağın yarısı rusa-erməniyə qalsınmı deyə verildi?
Hələ çapovulçu, rüşvətxor, güllə səsi eşitməyən, fərari, mənəvi aşınmış məmur ordusu ilə üz-üzə qalan şəhid ailələrinin, qazilərin yaşadıqları haldan danışmıram…
Vahid QAZİ
29 yanvar, 2021.
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:04
Tramp Ukrayna prezidentini hədələyib
Bu gün, 16:19
Venesuela həmləsi - Nurlan Umudov yazır
Bu gün, 15:46
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
Bu gün, 14:51
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
Bu gün, 14:41
Nizami Rəmzinin qızı həbs edilib
Bu gün, 13:02
Ramiz Mehdiyevin gəlini işə çıxmır
Bu gün, 12:11
DİN əhaliyə çağırış edib
Bu gün, 11:30
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
Bu gün, 10:35
Sabiq idarə rəisi azadlığa buraxılıb
Bu gün, 10:15
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
Bu gün, 08:11
Prezident seçkilərində “autsayder” qalib gəlib
Bu gün, 07:16
Çin "Falcon 9" raketinin bənzərini yaradıb
Bu gün, 00:07
İlham Əliyev Zəngilanla bağlı paylaşım edib - Video
Dünən, 14:39
Ayı ata və oğula hücum edib
Dünən, 09:07
Avropa Ukraynaya hərbi yardımı azaldıb
Dünən, 07:56
Zahid Oruc ittihamlarla razılaşmır
18-10-2025, 18:04
Rusiyalı bloqer evində ölü tapılıb
17-10-2025, 23:44
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
17-10-2025, 23:09
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
17-10-2025, 19:51
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
17-10-2025, 19:50
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
17-10-2025, 17:55
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17-10-2025, 16:46
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
17-10-2025, 16:20
Departament rəisi vəzifədən azad edilib
17-10-2025, 15:30
Ramiz Mehdiyev 7 saat dindirilib?
17-10-2025, 13:49
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
17-10-2025, 13:01
Qurban Qurbanov yeni biznesə başlayıb
17-10-2025, 11:57
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
17-10-2025, 10:57
Üç tanınmış hakim təqaüdə göndərilir
17-10-2025, 10:47
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
17-10-2025, 10:12
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
17-10-2025, 10:10
Bakıda iki nəfər bıçaqlanıb
17-10-2025, 10:01
Rusiyalı müxalifətçini öldürmək istəyənlər ələ keçib
17-10-2025, 08:52
Kürdəmirdəki uşaq bağçasında yanğın olub
17-10-2025, 08:36
ABŞ ordusu gəmiyə hücum edib
16-10-2025, 22:40
Mehriban Əliyeva Vatikanda - Fotolar - Yenilənib
16-10-2025, 22:06
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
16-10-2025, 21:46
Trampla Putin Budapeştdə görüşəcəklər
16-10-2025, 20:20
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
16-10-2025, 19:43
Döyüş robotu müharibəyə hazırdır
16-10-2025, 16:56
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16-10-2025, 15:43
Keçmiş diplomata hökm oxunub
16-10-2025, 15:02
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
16-10-2025, 14:56
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
16-10-2025, 13:05
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
16-10-2025, 11:48
Xocavəndə növbəti köç olacaq
16-10-2025, 10:43
Konvertoplan digər dronları üstələyir - Foto