“Azərpoçt”un baş direktoru vəzifədən çıxarılıb
Tarix: 02-03-2021 16:36 | Bölmə: Xəbər lenti
 “Azərpoçt”un baş direktoru vəzifədən çıxarılıb

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-yə yeni baş direktor təyin olunub.

Reyting.az
xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Əfqan Cəlilov təyinat alıb.

O, bu vəzifədə Emin Əfəndiyevi əvəz edib.

Məlumata görə, Əfqan Cəlilov 2016-2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib. Bu ilin fevral ayının 3-dən "Azərpoçt"da baş direktor müavini vəzifəsində çalışıb.

Bundan başqa, 2016-cı ildən dövlət şirkətində baş direktor müavini vəzifəsində çalışan Hacı Hacıyev də vəzifəsindən kənarlaşdırılıb, 2004-cü ildən baş direktorun müavini olan Sübhan Kazımov isə vəzifəsində saxlanılıb.

Qeyd edək ki, Nazim Süleymanov da ötən ay baş direktorun müavini vəzifəsinə təyin edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}