23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

Fellininin Qarabağdan keçən “Yol”u - Vahid Qazi yazır
Tarix: 01-04-2021 11:37 | Bölmə: Xəbərlər

Bir də, görəndə İsa Məsihə deyəcəm ki…
Qış aylarında ağaclar yarpaqsız olurdu deyə evimizin pəncərəsindən uzaq Xıdırlı dağlarının qarlı zirvələri aydın görünürdü. Bayram günlərində, başqa qonaqlıqlarda taxtapuşa saman altda qışa saxladığımız alma, heyva, nar düşürməyə çıxanda o qarlı dağları ətəklərinəcən rahatca seyr edə bilirdim. Soyuq olduğundan dama çıxmazdım, eləcə taxtapuşun dama açılan yumru nəfəsliyindən başımı çıxarıb qarlı dağlara tamaşa edərdim.
Qar dağların ilahi haləsidir, sanki, onun müqəddəslik yarlığıdır. Bu fikir ağlıma sonralar gələcəkdi…

Federiko Fellininin “Yol” filmində bir yer var. Filmin qəhrəmanları sərgərdan sirk artistləri – rəhmsiz, qoluzorlu Zampano, ona baraban, şeypur çalmaqla assistentlik edən uşaq qəlbli, mələk üzlü Gelsomina qarlı təpələr, dağlar fonunda dağılmış evin uçuq divarları altında gecələyirlər. Zampano qızı anasından neçə min lirəyəsə almışdı.

Federiko Fellininin “Yol” filmindən kadr
Yox, fikrim filmdən danışmaq deyil, zəif Xeyirin güclü Şəri yenməsi misalı çox nümunələr bilirsiniz. Mən o filmin məhz qarlı dağlar fonunda dağılmış evin divarları əks olunan o kadrları, bir də o divar dibində Zampanonun Gelsominaya söylədiklərini yadınıza salmaq istəyirəm. Dünənəcən qızla kobud davranan, gözünün qabağında qadınlarla əylənən allahsız Zampano mərhəmətə gəlib on gündü kədərə qərq olmuş Gelsominadan soruşur: “İstəyirsən səni evinə aparım? Anana qayıtmaq istəyirsən?”
…Uzun illərdi Ağdamın qışını Xıdırlı dağları ilə xatırlayıram. Bəlkə yüz kərə evimizin uçuq divarlarına qısılıb o qarlı dağlara baxmışam xəyallarımda. Yuxuya keçmişəm beləcə. Amma mənə “İstəyirsən səni evinə, anana aparım” deyən olmurdu.

Səadət Məmmədovanın “Ağdam və mən” filmindən kadr
Yutubda jurnalist Səadət Məmmədovanın “Ağdam və mən” filminə baxıram. Bir yerində uçuq evlər fonunda qarlı dağlar görünür. Səadət mənim 30 illik “xəlvəti yerimi” faş edib hamıya göstərirdi sanki. “Yerimi” tapmışdı, bəs, o uçuq divara söykənib üzü qarlı dağlara baxan yerdə don vurmuş balaca Vahidi necə, görmüşdümü görən?…
***
Belə bilirəm, böyük sənətkarlarda istedad vicdanla təndir. Hər halda bacardıqca vicdanlarını satmamağa çalışırlar. Sovet dövrünün məşhur aktyoru Armen Cigərxanyan belələrindən idi, məncə.
Bir dəfə Qarabağ münaqişəsinin həll yolları barədə suala cavabında İsa peyğəmbərin bu sözlərini misal çəkmişdi: “Sənə ağırdısa, yanıma gəl, əlindən tutum, keçirim, kömək edim, amma… GERİYƏ BAXMA!”. Sonra da əlavə eləmişdi: “Geriyə baxma! İsa bizə xəbərdarlıq edir ki, çevrilsən, mütləq nəsə mane olacaq”.
Əgər doğrudan da o biri dünya varsa, mütləq tapacam o qoca aktyoru. Deyəcəm: “Apar məni İsanın yanına”. Aparacaq – dedim axı, vicdansız deyildi. Bax onda, o böyük erməni sənətkarının yanında müqəddəs İsaya bir söz deyəcəm.

Ağdam xarabalıqları və Xıdırlı dağları
Deyəcəm ki, Sənin “Geriyə baxma” təliminə əməl elədik. 100 il qabaq ermənilərin Qarabağda, Bakıda, Qubada, Zəngəzurda, Urmiyada və başqa neçə yerdə qanına qəltan etdikləri on minlərlə Azərbaycan qadınını, uşağını, qocasını unutduq – GERİYƏ BAXMADIQ. İndi Tanrının bu uca dərgahından özün əyil, aşağı bax! Gör 100 il sonra daha nələr etdilər, Sənin dininə ilk gəldiklərini iddia edənlər! O aşağıda gördüyün mənim şəhərimdir. Xarabaza çevrilən şəhərimdə insan nədi, quş da qalmayıb, ağac da. Qəbirdən babalarımın, Sənin mələklərinə bənzəyən ayüzlü Münəvvər nənəmin sümüklərini belə çıxarıb aparıblar. Yerini şumlayıblar.
Sonra əlimi İsa Məsihə uzadıb deyəcəm: “Gəl, əlindən tutum, səni şəhərimə aparım. Müqəddəs kitabında bəhs etdiyin Qiyamət gününün şəhərinə. Bu qoca aktyor da gəlsin bizimlə. Birlikdə gəzək ruhlar oylağını. Sən Tanrı oğlusan, bacararsan, bir ilahi əfsunla dirilt bu ruhları, qaytar hər şeyi əvvəlki yerinə qoy. Evimin damından bir də görüm qarlı dağları. Söz verirəm – yenə GERİYƏ BAXMAYACAM”.
…Əvvəllər – şəhərin evləri, meşə kimi sıx bağları olanda o dağlar çox uzaq görünürdü. İndi nə o evlər var, nə dağları gizlədən ağaclar – dağlar yaxındılar. Elə bil şəhərin ölüm harayına çatmaq üçün dağlar da ayağıyalın yüyürüb gəlibmişlər!
***
Bu gecə yenə o uçuq divarın dibində yatmışdım. Bir əl silkələyib oyatdı məni. İsa Məsih idi. Soruşurdu: “Evinə qayıtmaq istəyirsən aparım səni?”

“Yol” filmindən kadr
Eynən Gelsominanın Zampanoya cavabı kimi dedim: “Mən də getsəm, bəs, Səninlə kim qalacaq?”
Evimə – Qarabağa gedən yolun yarıda qaldığını isə ona deməyəcəm, giley olar. Elə işlər var ki, Tanrılıq deyil, onu bəndələr özləri etməlidilər. Yarım qalan yolu sonacan getmək kimi…
Vahid Qazi
Mart 2021
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:03
Daha 17 qanuna dəyişiklik edəcəklər
Bu gün, 15:20
Dərmanların qiyməti yenidən tənzimlənib
Bu gün, 14:26
Sabiq nazir təltif edilib
Bu gün, 13:45
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
Bu gün, 13:01
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu gün, 10:32
Şamaxıda kürəkən qayınatasını öldürüb
Bu gün, 10:30
Dünyanın ən qədim piramidası tapılıb
Bu gün, 09:35
Tanınmış vəkil ölkəsinə qayıda bilmir
Bu gün, 09:07
Bakıda polisə bıçaq çıxaran şəxs zərərsizləşdirilib
Bu gün, 08:06
Belqrad iflic vəziyyətindədir
Dünən, 20:43
Samuxda yaşlı qadın yandırılıb
Dünən, 08:30
Bu gün ikinci cəhd test imtahanıdır
27-06-2025, 23:20
XİN İran səfirindən təkzib tələb edir
27-06-2025, 09:33
Qaxda zəlzələ olub
26-06-2025, 16:17
Azərbaycanı gülüstana çevirənlər! - Zahid Oruc yazır
26-06-2025, 11:02
Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb
26-06-2025, 09:25
Tarixi yanlışlıq - İbrahim Əliyev yazır
25-06-2025, 21:49
Tovuzda kütləvi zəhərlənmə olub - Yenilənib
25-06-2025, 17:02
Trampla Zelenski Niderlandda görüşüblər
25-06-2025, 16:56
Qırğızıstanda parno saytlara giriş bloklanıb
25-06-2025, 16:20
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
25-06-2025, 15:40
“Pasportlar haqqında” qanun dəyişib
25-06-2025, 13:46
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib
25-06-2025, 12:38
“Bəs bizdə niyə atom bombası yoxdur?”
25-06-2025, 10:52
Agentlik sədrinə daha bir müavin təyin olunub
25-06-2025, 10:36
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
25-06-2025, 08:58
Prezidentin impiçmenti üçün qətnamə qəbul edilib
25-06-2025, 08:18
Tramp iki media qurumunu ittiham edib
25-06-2025, 00:39
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
25-06-2025, 00:03
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
24-06-2025, 19:25
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
24-06-2025, 19:17
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
24-06-2025, 17:50
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
24-06-2025, 15:50
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
24-06-2025, 14:50
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
24-06-2025, 14:24
QHT-lərə nəzarət artırılır
24-06-2025, 14:12
Prezident şirkət sədrini qəbul edib
24-06-2025, 12:04
Daha bir yaşayış məntəqəsi işğal edilib - Foto
24-06-2025, 11:41
Moskva vilayətinə hücum olub - Foto
24-06-2025, 11:31
İsrail daha bir iranlı nüvə alimini öldürüb
24-06-2025, 11:00
NATO ölkəsinə hücum ola bilər
24-06-2025, 07:55
Som balığı beş nəfəri yaralayıb
23-06-2025, 21:27
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
23-06-2025, 17:20
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
23-06-2025, 16:30
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
23-06-2025, 11:34
İran ordusu: "Cənab Tramp, siz oyunçusunuz, biz isə..."
23-06-2025, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
23-06-2025, 10:25
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
23-06-2025, 10:08
28 universitet ilk dəfə reytinq siyahısına düşüb - Adlar