16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yanğın baş verən ərazidən meyit tapılıb
Tarix: 27-01-2022 09:03 | Bölmə: Xəbərlər
Yanğın baş verən ərazidən meyit tapılıb

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}