Ölkəmizdə COVID-19-dan daha 3 nəfər vəfat edib
Tarix: 22-09-2022 16:44 | Bölmə: Xəbərlər
Ölkəmizdə COVID-19-dan daha 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 201 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildiriblər ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 299 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 981 nəfər müalicə olunaraq sağalıb, 9 900 nəfər vəfat edib, aktiv xəstə sayı 1 418 nəfərdir.

Ölkədə son sutka ərzində 3 084, hazırkı dövrədək isə 7 228 614 test aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}