23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Üç prokuror vəzifədən azad olunub
Tarix: 23-09-2022 14:51 | Bölmə: Xəbərlər
Üç prokuror vəzifədən azad olunub

Baş Prokurorluğun bir neçə işçisi qulluqda olmanın son yaş həddinə çatdığı üçün vəzifədən azad olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunun qulluq keçmələrinə xitam verilib.

Bununla əlaqədar baş prokuror Kamran Əliyev həmin şəxsləri Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Görüşdə Mövlud Osmanov və Firdovsi Nemətli prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib və onlara hədiyyələr təqdim edilib.








Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}