ABŞ səfirliyinin nümayəndəsi Ədəbiyyat muzeyini ziyarət edib - Fotolar
Tarix: 28-08-2023 11:22 | Bölmə: Mədəniyyət
ABŞ səfirliyinin nümayəndəsi Ədəbiyyat muzeyini ziyarət edib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edən Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Reyting.az
-ın xəbərinə görə, ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı muzeyin ekspozisiyası ilə tanış olan qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verərək, onu əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış edib, bu ədəbiyyatı yaratmış görkəmli şəxsiyyətlərin ana dilimiz, milli ədəbiyyatımız və mətbuatımız uğrunda göstərdikləri fəaliyyəti diqqətə çatdırıb.

Hüqo Gevara muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarını böyük maraqla tamaşa edərək, belə bir muzeyin yaradılmasının Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu qeyd edib. O, Nizami muzeyinin timsalında Azərbaycan xalqının öz milli sərvətlərinə necə qayğı ilə sahib çıxdığının bir daha şahidi olduğunu söyləyib.

Fəxri qonaq ölkəmizin mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib. O, Nizami muzeyinin dünya səviyyəli bir mədəniyyət ocağı olduğunu vurğulayıb.

Sonra Hüqo Gevara ürək sözlərini muzeyin fəxri qonaqlar kitabına yazıb:

“Azərbaycan incəsənətinə və poeziyasına hörmət bəsləyən nə gözəl muzey!”

Muzeydən heyranlıq hissi ilə ayrılan qonağa müxtəlif kitab və bukletlər hədiyyə edilib.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}