12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rəşad Məcid: "Barat gərək barıtı çox edəndə, çalışsın, öz əl-ayağını yaralamasın"
Tarix: 08-01-2024 12:29 | Bölmə: Mədəniyyət
Rəşad Məcid: "Barat gərək barıtı çox edəndə, çalışsın, öz əl-ayağını yaralamasın"

Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Elşad Barat təmsil olunduğu qurumda "haqsızlıq, ədalətsizlik və nizamsızlıq" olduğunu bildirib. O, sosial media hesabında qurumun ləğv olunmalı, yeni bir nizamlı, ədalətli qurum yaradılmalı olduğunu vurğulayıb.

"Birliyin indiki halı, idarəçilik prinsipləri saxlanılmaqla rəhbərliyə kimlər gəlsə yenə də belə olacaq, yenə də yüzlərlə qələm adamı narazı qalacaq, yenə də rəhbər şəxslər dövlətin yazıçılara ayırdığı evləri sürücülərinə verəcəklər, yazıçılara olan dövlət qayğısını katibələrinə ayıracaqlar", - o, belə deyib.

Mətbuata açıqlamasında AYB-ni sədri Anar Rzayev Elşad Baratın yalnız öz adından danışdığını və üzr istəməli olduğunu bildirib: "Elşad Baratın xoşu gəlmirsə, İdarə Heyətindən çıxsın Niyə getmir? Bir dəfə getdi, üzr istədi, geri qayıtdı, gedər yenə üzr istəyib qayıdar”.

Modern.az Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcidin də qalmaqal barədə fikrini öyrənib.

Saytımıza açıqlamasında Rəşad Məcid Elşad Baratın könüllü surətdə idarə heyətindən çıxmalı olduğunu söyləyib:

"Belə mənasız fikirlərə münasibət bildirmək istəmirəm. Bunu deyən adam AYB idarə heyətindən könüllü çıxmalıdır. Gündəmə gəlmək üçün belə üsullardan istifadə etmək artıq köhnəlib. "AYB lazımsız qurumdur" deyənlərin çoxu qocalıb, amma AYB öz yerindədir. Barat gərək barıtı çox edəndə, çalışsın, öz əl-ayağını yaralamasın".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər