Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Sülh savaşı - Zahid Oruc yazır
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 09-05-2016 14:43 | Bölmə: Mədəniyyət

Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədə səfərdə olub. Səfər çərçivəsində kollektiv üç tamaşa ilə çıxış edib.
Əməkdar incəsənət xadimi Oruc Qurbanov həm Türkiyə səfəri, həm də teatrın gələcək planlarından danışarkən deyib ki, qardaş ölkənin on şəhərinin teatr səhnələrində uğurla çıxış ediblər.
O ki qaldı cari repertuarda hazırlayacağı tamaşaya, rejissor Oruc Qurbanovun payına, truppanın istəyi ilə Nazim Hikmətin "Bayramın birinci günü" əsəri düşüb.
Digər teatrlardan aldığı dəvətlərə gəlincə, O.Qurbanov bildirib ki, onlarla da yaradıcı əlaqə saxlayır. Hazırda xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında Cəlil Məmmədquluzadənin komediyası üzərində çalışır: "Bu teatrla yanaşı Vəzirov adına Lənkəran Dövlət Dram Teatının direktoru Tofiq Heydərovla da danışıqlar aparırıq. Bu teatr mənə doğmadır. Mən bu teatrın səhnəsində 1975-ci ildən Cəfər Cabbarlının "Oqtay Eloğlu" faciəsi ilə professional rejissor fəaliyyətinə başlamışam və teatrın o zamankı bədii rəhbəri rəhmətlik Məbud İsmayılzadənin təqdimatı, Mədəniyyət Nazirliynin göndərişi ilə 1979-80 illərdə Moskva şəhərində zəmanəsinin ustad rejissoru sayılan Efrosun rəhbərliyi altında iki illik rejissor kursu keçmişəm. Mənə təklif olunub ki, respublikanın əməkdar artisti Təvəkkül Əliyevin yubileyi münasibəti ilə əsər hazırlayım".
T.Əliyevlə bir neçə maraqlı işlərinin olduğunu qeyd edən O.Qurbanov, bunlardan C.Cabbarlının "Aydın" tamaşasında Aydın rolu və Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Rüstəm bəy rolunun adlarını çəkib:
"Hazırda isə iki əsər üzərində diqqətimizi cəmləmişik. İlyas Əfəndiyevin "Geriyə baxma qoca" romanının motivləri əsasında xalq yazıçısı Elçinlə işlədiyimiz eyniadlı səhnə variantı və Şeksprin "Maqbet" faciəsi".
Müsahibimizin iddiasına görə, Azərbaycan ədəbiyyatında bəy obrazı bəy anlamına layiq münasibətlə qələmə alınmayıb. Bəylərimiz haqqında kin-küdurətlə yazılıb. Məsələn, buna İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağanı nümunə göstərmək olar:
"Təəssüflər olsun ki, o da bəyliyindən əl çəkib islam əxlaqına zidd işlə məşğul olub. Yəni, başqasının övrətini qaçırmaqla bəy adına xələl gətirib.
"Geriyə baxma qoca"da isə əsərin qəhrəmanı Bayram bəy o zamankı Karyagin qəzasının (indiki Füzuli rayonu) qeyrətli, vətənpərvər, mətin pristavı kimi məsul vəzifədə olmasına baxmayaraq, Çar Rusiyası tərəfindən Qarabağda ermənilərin məskunlaşma siyasətinin qarşısını alır və bu vətənpərvərliyinə görə "KQB" zirzəmisində "Vətən xaini" kimi Kasparyan kimi ermənilər tərəfindən şərlənərək güllələnir. Belə rolu bitkinliklə səhnədə canlandırmaq üçün aktyordan tələb olunan mətinlik, qeyrət, kişilik cizgilərinin hamısı onun yaradıcılıq arsenalında var.
Bu teatrda hazırladığım ilk tamaşalarımdan biri 1975-ci ildə Şeksprin "Qış nağılı" tamaşası olub və o vaxt bu tamaşaya baxmaq üçün Məbud müəllimin dəvəti ilə Lənkərana gələn SSRİ xalq artisti, ustad sənətkarımız Mehdi Məmmədovun iki yaşlı teatra verdiyi qiymət, məsləhət və tövsiyyələr çoxlarının yadındadır".
Repertuarı teatrın kimlik vəsiqəsi sayan rejissor "Teatrı bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz",- deyib.
Gələn il Bakı Bələdiyyə Teatrının 25 illiyi ilə bağlı planlaşdırılan tədbirlərə gəlincə, rejissor artıq Amaliya Pənahova ilə bununla bağlı fikir mübadiləsi apardıqlarını söyləyib. Yubiley münasibəti ilə Şeksprin ən möhtəşəm faciələrindən birini hazırlamaq qərarı verdiklərini diqqətə çatdırıb. Ancaq hazırlanacaq tamaşanın adını hələlik çəkməyib: "Mən bu teatrın truppasına vurğunam. Bəlkə də yeganə teatrdır ki, bu kollektivdə rol bölməkdə əziyyət çəkmirəm. Çünki istənilən janrda, istənilən biçimdə bu truppada iki heyətlik aktyor seçimi var.
Bələdiyyə teatrının 10 illiyi münasibəti ilə bu teatrda 2001-2003-cü illərdə Cəlil Məmmədquluzadənin "Ölülər", Nazim Hikmətin "Domokl qılıncı" və Sofoklun "Elektra" faciəsini hazırlamışam. Bu tamaşalar barədə dövrü mətbuatda kifayət qədər məqalələr yazılıb. Həmən tamaşalara görə onillik yubiley münasibəti ilə ulu öndər Heydər Əliyevin fərmanı ilə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşəm".
Reyting.az
Bölməyə aid digər xəbərlər














ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki