"Milli" statusu alan iki teatrın adı dəyişdirilir
Tarix: 20-05-2024 20:25 | Bölmə: Mədəniyyət
"Milli" statusu alan iki teatrın adı dəyişdirilir

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək: "Hər iki teatra "milli" statusunun verilməsi "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na uyğun qərara alınıb.

Teatrlara “milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Bununla bərabər, status alan teatrların adına "milli" sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}