Hollivud ulduzları yeni filmə çəkilirlər - Fotolar
Tarix: 08-10-2024 08:03 | Bölmə: Mədəniyyət
Hollivud ulduzları yeni filmə çəkilirlər

Hollivud aktyorları Ben Afflekin və Mett Deymonun baş rollara dəvət aldıqları "RIP" filminin çəkilişlərinə başlanılıb.

Reyting.az
xəbər verir ki, ekranlara çıxacaq yeni filmin rejissoru Co Karnahan tamaşaçılara "Qan, həyasızlıq, güllələr və benzin", "Narkotik Lord", "Siqaret çəkən aslar", həmçinin "Komanda A" və "Kurkun günü" kimi maraqlı ekran əsərlərindən tanışdır.

Məlumata görə, "RIP" filmini 2025-ci ildə öz platformasında nümayiş etdirəcəklər və bu işə "Netflix" xidməti də qoşulub.



Sinopsisdə deyilir ki, "RIP" izə düşür, o lap çoxdan tərk edilmiş bir evdə təsadüfən milyonlarla dollar məbləğində nağd pul aşkar etdikdən sonra bir-birlərinə inamı sarsılmağa başlayan Mayaminin bir polis qrupunu izləyir. Daha sonra kənar insanlar tapıntının ölçüsünü öyrəndikdə hər şey sual altında qalır. Artıq onlar həmkarlarından hansına etibar edə biləcəklərini aydınlaşdırmağa belə çətinlik çəkirlər.

Həmçinin məlum olub ki, "Gənc və quduz cavanlar", "Fleş", "Klarensin kitabı", eləcə də "Ağ adamlar tullanmağı bacarmırlar" filmlərindən tamaşaçıların tanıdığı aktrisa və müğənni Teyana Taylor da yeni ekran əsərində Ben Afflek, Mett Deymon ilə tərəf-müqabil olacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}