ABŞ İranı inandırmağa çalışır
Tarix: 16-02-2026 08:30 | Bölmə: Xəbərlər

ABŞ İranı inandırmağa çalışır

Cenevrədə ABŞ nümayəndə heyətinin İran tərəfi ilə görüşü planlaşdırılıb.

Reyting.az-ın “Reuters”ə istinadla vüerdiyi məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşma əldə etmək üçün diplomatik səylər davam etdirilir.

O, Slovakiyanın baş naziri Robert Fiko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib: “Biz danışıqlardan bəhs edirik, diqqətimizi məhz buna yönəldirik”.

Dövlət katibi ABŞ-nın İrana hücum ehtimalını şərh etməkdən yayınıb. Lakin bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni hazırda Cenevrəyə yola düşürlər.

ELÇİN





Bölməyə aid digər xəbərlər