Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Sülh savaşı - Zahid Oruc yazır
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 30-06-2016 12:21 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə 17 iyul 2016-cı il tarixində yekun vuracaq.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, sona çatmaqda olan mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.
Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində ölkənin müxtəlif regionlarında – Masallı, Xaçmaz, Şamaxı rayonlarında bir-birindən maraqlı tamaşalarıyla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Mövsüm boyu repertuardakı tamaşaların əksəriyyəti Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya tərəfindən lentə alınıb. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Həmçinin teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib.
Cari mövsümün bağlanış günü – 17 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqət və maraqla izlənən tamaşalarından biridir. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Milli Mükafatına layiq görülüb.
Bölməyə aid digər xəbərlər














ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki