18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Turan Etibaroğlu yazır: Şah Mat Teatrı tamaşaçılarını mat qoyur - Fotolar
Tarix: 03-09-2019 20:29 | Bölmə: Mədəniyyət

Maddiyatın mənəviyyatı arxa plana keçirdiyi bir zamanda ürəklərində sənət yanğısı olan iki fədakar həmfikir 3 il öncə yeni teatr truppası yaradıb. Çox düşünüb daşınandan sonra təzə teatrlarına maraqlı bir ad da tapıblar - Şah Mat! Onların sözlərinə görə, bura teatr deyil, mövcud olmayanla mövcud olanın mübarizə meydanıdır...
Şah Mat "Zirzəmi teatrı" üslubunda bir teatrdır. Əslində “Ev teatrı” və yaxud “Zirzəmi teatrı” kimi tanınan teatr estetikası hələ ötən əsrin əvvəllərindən mövcud olub. Yeni truppanın yaradıcıları Şah Mat “Zirzəmi teatr” ənənəsini Azərbaycana gətirən yeganə teatrdı. Yeni kollektiv heç bir təşkilata, heç bir quruma tabe deyil və teatr tamaşalarını əsasən zirzəmilərdə, “pub house”, “club”larda və fərqli məkanlarda nümayiş etdirir.
3 il əvvəl - oktyabrın 28-də doğulan teatrın yaradıcıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Ümid Abbas və Mirqabil Əkbərovdur. Hər iki gənc rejissor truppanın debütü üçün dünyaca məşhur dramaturq Ejen İonsekonun “Stullar” əsərini seçiblər.
Şah Mat Teatrı ətrafında istedadlı gənclər toplaşıb, burada Əminə Cəfərova, Anar Bulud, Azad Kərim, Tunar Ali, Günel İmanova, Pərvin Dadaşova, Səid Abbasov, Azər Ayazoğlu kimi istedadlı aktyorlar çalışır. Yeni teatrın repertuarında bütün janrlarda tamaşalar var. İstedadlı gənclərin repertuar seçimi isə çağdaş Azərbaycan və Avropa ədəbiyyatını əhatə edir. Bu günə kimi Ejen İonsekonun “Stullar”, İsi Məlikzadənin “Oğul”, Olsvaldo Draqunun “İtə çevrilən adam”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Rəsul Yunanın “Duel”, Frans Kafkanın “Çevrilmə”, Camal Rəsulun “Dilənçilər” kimi maraqlı əsərlər tamaşaçılara təqdim olunub.
Bu il isə 3 yaşını qeyd edəcək teatrın yaradıcı heyəti yaxın gələcəkdə Stefan Sveyqinin “Naməlum qadının məktubu”, Samuel Bekketin “Qodonun intizarında”, Viktor Hüqonun “Edama məhkumun son günü”, Kobo Abenin “İstehkam” kimi bir-birindən maraqlı tamaşalara incəsənət aləminə səs salmaq barədə düşünür.
Şah Matın yaşı az olsa da, teatr beynəlxalq festivalda iştirak etmək şansı qazanıb. Ötən il teatr Younes Valipourun müəllifi və rejissoru olduğu "Şüuraltı kölgələr" tamaşası ilə İran İslam Respublikasının Təbriz şəhərində keçirilən "Təbrizim" Beynəlxaq Meydan Teatrları Festivalında iştirak edib. Festivalda müxtəlif ölkələrdən -Gürcüstan, Tacikistan, Türkiyə, Qazaxıstan, Makedoniya və s. rejissorların da işləri nümayiş olunub. "Şüuraltı kölgələr" tamaşasında rolları Mir Qabil Əkbərov, Anar Buludov, Gövhər Şabanova və Tunar Əlizadə oynayıblar. Təkcə tamaşaçılar deyil, beynəlxalq sənət yarışına Türkiyə, Gürcüstan, Tacikistan, Qazaxıstan, Şimali Makedoniyadan gələn sənət adamları da Şah Mat Teatrının çıxışını yüksək dəyərləndiriblər. Festivalın bağlanış mərasimində tamaşanın rejissoru Younes Valipour xüsusi mükafata layiq görülüb.
Yalnız yüksək sənətə xidmət etməyi qarşılarına məqsəd qoyan truppanın sıxıntıları da çoxdur. Necə deyərlər, problemsiz də teatr olar? Özəl teatrın nə maddi dəstəyi var, nə də xüsusi yeri. Teatr bu günə qədər müxtəlif səbəblərdən bir neçə dəfə məkan dəyişdirməyə məcbur qalıb. Ən əsası isə odur ki, Şah Mat Teatrı məkansız olsa belə fəaliyyətini uğurla davam etdirir. Teatr öz mövsümünü sentyabrın 5-də Ejen İonsekonun “Stullar” tamaşası ilə açacaq.
Və sonda... Əziz oxucular və teatrsevənlər, Şah Mat Teatrının repertuarını izləyin, tamaşalarına getməklə teatra dəstək olun. Bu, həm də azad yaradıcılığa, mədəniyyətimizin gələcəyinə dəstəkdir.

Bölməyə aid digər xəbərlər

Bu gün, 17:16
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
Bu gün, 16:54
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 11:09
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
Bu gün, 09:22
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Dünən, 13:03
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
Dünən, 08:36
Hollivud ulduzu dünyasını dəyişib
16-09-2025, 15:20
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
16-09-2025, 15:07
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
16-09-2025, 14:06
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
16-09-2025, 12:53
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
16-09-2025, 11:13
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
16-09-2025, 10:04
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
16-09-2025, 08:18
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
15-09-2025, 20:02
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
12-09-2025, 12:30
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12-09-2025, 10:35
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
12-09-2025, 10:18
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
11-09-2025, 16:20
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
10-09-2025, 16:38
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
10-09-2025, 15:53
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
9-09-2025, 17:24
“İblis” yeni təqdimatda nümayiş olunacaq
9-09-2025, 14:18
İftixar Piriyev İrəvan Teatrının direktoru vəzifəsindən azad olunub
8-09-2025, 10:35
Bakıda bəylə gəlin toya at belində getdi - Video
8-09-2025, 00:04
Alim Qasımov villasını satır - Fotolar
5-09-2025, 10:28
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
5-09-2025, 08:57
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
4-09-2025, 17:18
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
4-09-2025, 16:38
Əməkdar artist aparıcılıq edəcək
4-09-2025, 15:38
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
4-09-2025, 13:32
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
4-09-2025, 13:15
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - Sərəncam
4-09-2025, 12:22
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
3-09-2025, 17:30
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
3-09-2025, 11:58
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
2-09-2025, 19:51
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
2-09-2025, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
2-09-2025, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
2-09-2025, 12:11
Emin Rusiyada konsert verəcək
2-09-2025, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb