Əbülfəs Qarayev ADO teatrına problem yaratdı - Foto
Tarix: 27-09-2019 17:55 | Bölmə: Mədəniyyət
Əbülfəs Qarayev ADO teatrına problem yaratdı

Bir müddət bundan əvvəl ADO teatrı Mədəniyyət nazirinə və Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) küçə tamaşaları nümayiş etdirmək üçün yenidən müraciət edib.

Teatrdan Reyting.az-a verilən məlumata görə, nazirlik bir ay müddət keçməsinə baxmayaraq, teatrın müraciətinə cavab vermirdi. Lakin 26 sentyabr 2019-cu il tarixində nazirlik əməkdaşı Könül Cəfərova teatrın rəhbəri Elmin Bədəlova nazirlik tərəfindən küçə performanslarına konkret olaraq "yox" cavabı verildiyini bildirib.

Əbülfəs Qarayev ADO teatrına problem yaratdı
Elmin Bədəlov

Teatr rəhbərinin sözlərinə görə, nazirlik əməkdaşı səbəblər haqda məlumat verməyib: "Bu məsələdə ADO-ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar".

Qeyd edək ki, teatr 2 ildən çox idi ki, Mədəniyyət Nazirliyi və BŞİH-yə müraciət edirdi. Nazirlik isə hər dəfə bu məsələnin onların səlahiyyətində olmadığını, bu işə BŞİH-nin baxdığını deyirdi. BŞİH isə bu məsələdə nazirliyin rəyinin vacibliyini vurğulayırdı. ADO-nun son müraciətinə Mədəniyyət Nazirliyi "yox" cavabı versə də, BŞİH-dən hələki konkret cavab verilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər