Dram teatrı cəbhə bölgəsində konsert-tamaşa təşkil edib - Fotolar
Tarix: 08-11-2019 17:26 | Bölmə: Mədəniyyət
Dram teatrı cəbhə bölgəsində konsert-tamaşa təşkil edib

Füzuli Dövlət Dram Teatrı 9 Noyabr - Bayraq Günü ilə əlaqədar "Bayraq qürur mənbəyidir” adlı konsert - tamaşa proqramı ilə çıxış edib. Teatr binası qarşında təşkil olunmuş bayram tədbirində Füzuli rayonunda yerləşən Milli ordu və Sərhəd dəstəsi, rayon ictimaiyyəti iştirak edib.

Teatrın repertuarında olan tamaşalardan parçalar, bayram əhval-ruhiyəli rəqs və musiqi nömrələri gələn qonaqlarda ruh yüksəkliyi yaradıb.

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrı mütəmadi olaraq "N" saylı hərbi hissələrdə vətənpərvər ruhlu tamaşalar və konsert proqramları ilə çıxış edir. Əsgərlərin asudə vaxtlarını daha maraqlı və mədəni keçirmələri üçün böyük səylə xidmət göstərir.

Dram teatrı cəbhə bölgəsində konsert-tamaşa təşkil edib
Dram teatrı cəbhə bölgəsində konsert-tamaşa təşkil edib
Dram teatrı cəbhə bölgəsində konsert-tamaşa təşkil edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}