UNESKO Mosul şəhərini bərpa edəcək
Tarix: 13-11-2019 18:17 | Bölmə: Mədəniyyət
UNESKO Mosul şəhərini bərpa edəcək

"UNESKO İraqın Mosul şəhərini yenidən inşa edəcək".

Bunu UNESKO baş direktorunun kabinetinin rəhbəri Nikolas Kassianides jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Mosul şəhərinin UNESKO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: "Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var".

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}