Teatrda “Dəli yığıncağı” olacaq - Fotolar
Tarix: 13-02-2020 22:55 | Bölmə: Mədəniyyət
Teatrda “Dəli yığıncağı” olacaq

Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda “Dəli yığıncağı” tamaşasına daxili baxışı olub.

Reyting.az
-ın məlumatına görə, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanan səhnə əsərinin müəllifi İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.

Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırırlar.

Tamaşanın premyerası 15, 16 fevralda baş tutacaq.

Teatrda “Dəli yığıncağı” olacaqTeatrda “Dəli yığıncağı” olacaq




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}