23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Telekanallar milli filmlərimizi nümayiş etdirəcək
Tarix: 28-03-2020 11:36 | Bölmə: Mədəniyyət
Telekanallar milli filmlərimizi nümayiş etdirəcək

Azərbaycanda fəaliyyət göstərən bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq qurumun istehsalı olan filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyət Nazirliyinin məlumatına görə, martın 27-dən etibarən bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.

Kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənməsinə baxmayaraq sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}