16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
10:41 / 17-10-2025
Ukrayna oyundankənar vəziyyətə salınır
10:26 / 17-10-2025
Xidmət: "Yağışlı hava davam edəcək"
10:12 / 17-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılacaq
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

12:11 / 17-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

Milli poeziyamızın Mədinə Gülgün zirvəsi
Tarix: 18-01-2021 14:22 | Bölmə: Mədəniyyət

Milli mətbuatımızı bəşəri nümunələrlə zənginləşməsinə şairələrimiz də zaman-zaman tövhələrini veriblər. Lakin zirvələrlə bir sırada dayanmaq xoşbəxtliyi heç də hər kəsin tale qismətinə nəsib olmayıb. 1926-cı il yanvarın 17-də Bakıda dünyaya göz açan, mənalı və nəsillərə örnək ömür yolu keçən, o taylı-bu taylı ədəbiyyatımızın fəxrlərindən sayılan, 30 ildən bəri paytaxtımızın fəxri xiyabandakı məzarı ziyarət edilən Mədinə Nəsrulla qızı Ələkbərzadə (Mədinə Gülgün) də barmaqla sayılacaq qədər belə xoşbəxt sənətkarlarımızdandır.
Görkəmli şairə, mübariz insan, həyatının sonunadək Azərbaycan Demokrat Firqəsinin amallarına sadiq qalan, ən başlıcası ömür-gün yoldaşı, milli poeziyamızın zirvələrindən sayılan xalq şairi Balaş Azəroğlunun İlham mənbələrindən olan Mədinə xanım yaddaşlarda belə duyğularla qalmaqdadır.
Sənətkarın şeirləri 1945-46-cı illərin 21 Azər hərakatının beşiyi sayılan Təbrizdə necə maraqla qarşılanırdısa Vətənin mühacirət adında ünvanında bir elə rəğbətlə dinlənilir, mütaliə edilirdi.
Məsləkdaşımızn şeirlərini söz sənəti sahiblərinin poetik nümunələrindən fərqləndirən başlıca cəhət həmin misraların daxilindəki bir lirika idi ki, bunların əksəriyyətinə mahnı bəstələmək o qədər də çətin iş sayılmırdı. Müğənnilərin isə məlahətli, həzin səsləri həmin təranələrə papulyarlıq qazandırırdı. Şairənin əməkdar incəsənət xadimi adına layiq görülməsi də belə vəhdətə məntiqi yanaşmanın nəticəsi sayıla bilərdi.
Yanvarın 18-də Azərbaycanın elə bir mətbu onlayn orqanı yoxdur ki, sevimli şairəmizin 95 illik yubileyini manşetə çıxartmasın, hər iki sahədəki xidmətlərini diqqətə çatdırmasın, şeirlərindən nümunələri yayımlamasın. Bu özü ümumxalq məhəbbətin ifadəsidir, yaddaşların inikasıdır. Azərbaycan Demokrat Firqəsi oğlu, məsləkdaşımız Etibar Balaş oğlu (Balaş Azəroğlu) Abizadə və yubilyarın bütün doğmaları, yaxınları ilə xoş duyğularını bölüşərkən qətiyyətlə bildirir ki, Mədinə Gülgünün də daşıyıcısı olduğu bəşəri ideyaların təntənəsi qaçılmazdır.
Azərbaycan Demokrat Firqəsi
P.S: Fəxrimiz, ölməz sənətkarımız Mədinə xanımın bioqrafiyasından, yaradıcılıq yolundan bəhs edən yazı, şeirləri (dalidag.az), "AN.T"dən götürülən səsli görüntüləri isə bir daha yaddaşlarımızda poeziyamızın zirvələrindən olan unudulmaz insanı canlandıra bilər.
Mədinə Gülgün: "Fikrimə yaddaşlar yazan yarpaqlar, fikrimi ardınca aparır yenə..."
Azərbaycan ədəbiyyatının görkəmli qadın şairələrindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgün hər şeyə, məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, ocağı daim yanar. Onun sönməz şöləsindən, ürəyim işıqlanar”, - deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.
Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Mədinə Gülgünün “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.
Tanınmış şairənin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.
Şairənin əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.
“Şeirdi həyatda sərvətim mənim” deyən şairənin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.
Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Yaşının ağbirçək çağlarında Vətən dərdli şairənin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopdu. Şəhidlərə də ürəkdən ağladı, “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatdı, qan-yaş tökdü, fəğan qopardı.
Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Nə qədər ömrüm var sönməyəcəkdi,
Yaşamaq, yaratmaq həvəsim mənim!,- deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.

Mədinə Gülgünün şeirləri
***
Bir damlayam
Mənim azadlığım dumansız səma,
Təzə dənə dolmuş tər sünbüllərdir.
Mənim səadətim bu el, bu oba,
Bir də şəfəq içən körpə güllərdir.
Mənim arzularım min-min gəncliyin
Həyat yollarında addım səsidir.
Mənim ümidilərim neçə körpənin
Beşik-beşik qalxan qəhqəsidir.
Mənim hünərim də, mənim gücüm də
Birlikdir, birliyin öz səsiyəm mən.
Bu birlik eşqiylə hey zaman-zaman
Bəxtəvər-bəxtəvər ötəsiyəm mən...
Mənim nəğmələrim ana laylası,
Ana nəfəsindən almışdır qida.
Şeirim müjdə verən qaranquşlar tək
Yenə qanadlanıb uçur havada...
Mənim dəyanətim Tomris nənəmin
Düşmənə bac verməz vüqarındandır.
Mənim məhəbbətim elin, elatın
Pozulmaz andından, ilqarındandır.
Bir zərrə varlığam, bir damlayam mən,
Bu dərin dənizdə, coşqun sularda.
Sənə minnətdaram, Vətən, ay Vətən,
Yaşasam da harda, olsam da harda
***
Kim deyir
Kim deyir bitməmiş qalacaq nəğməm,
Kim deyir sınacaq könül tarım da.
Elə alovludur, odludur sinəm
Qalmaz arzularım, qalmaz yarıda.
Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən?
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən
Kim deyir... inanma hər deyilənə,
Mən böyük dənizin bir damlasıyam.
Yazmağı öz xalqım öyrətdi mənə,
Mən onun danışan, dinən sazıyam.
Kim deyir bu gün var, sabah yoxuq biz,
Hər deyilən sözə inanmayın ha.
Həyat bir dalğalı, haraylı dəniz,
Dalğalar gah enər, gah qalxar şaha.
Ləpələr bir insan ömrünə bənzər,
Ləpələr bitməmiş, ləpələr gələr.
Sahil qumlarına səpildikcə zər
Suların qoynundan nəğmə yüksələr.
Bu səhər dünyaya ilkin göz açan
Gör neçə oğul var, gör neçə qız var.
Kim deyir qonaqdır dünyada insan
Bizim sabahımız, sabahımız var.
Həyatda daş üstə daş qoyan kəsin
Ömrü qara daşa dönərmi deyin.
Bu insan nəfəsli torpağın, ərzin,
Odu, hərarəti sönərmi deyin.
Kim deyir bitməmiş qalacaq nəğməm,
İnanma, inanma hər deyilənə.
Beşikdə qımışıb, ağlayan körpə
Sanki şirin mahnı oxuyur mənə.
Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən.
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən.
***
Könlüm
Yenə nə dolmusan, nə çağlayırsan,
A mənim sevdalı, havalı könlüm?
Yenə gizli-gizli nə ağlayırsan,
Kimdən öyrənmisən bu halı könlüm?
De, hansı həsrətdən belə darıxdın,
Dönüb göz yaşına üzümə axdın
Hicrana rats gəldi bu dönük baxtın,
Sinəmdə gəzdirdin məlalı, könlüm.
Mənim həmaxşamım, həmsəhərmisən,
Xəyal yollarında həmsəfərimsən .
Mənim dağılmayan bir şəhərimsən,
Ay mənə özümdən vəfalı könlüm.
Demə vida etdi ilk bahar bizə,
Ömrün payız fəsli yar olar bizə.
Darıxma tapılar havadar bizə,
Ay böyük arxalı, obalı könlüm.
Mənim əhdim sənsən, ilqarım sənsən,
Varlı sayılsam da, o varım sənsən.
Mənim dinim də sən, tanrım da sənsən,
Bu Gülgün nəğməmin cəlalı könlüm.
***
Hərdən
Kimsə bir dost kimi yad edir məni
Hardasa nəğməmi oxuyan olur.
Elə bil dünyanın məhəbbətini –
Mənə bəxş edirlər, ürəyim dolur.
Bəzən məclislərdə düşürəm yada,
Deyirəm əməyim getməmiş hədər.
Kiçik bir damlayam coşqun sularda,
Haqqım var sevinim bir damla qədər...
Bəzən həzin-həzin çalıb ötürəm,
Hardasa, kiminsə kövrəlir qəlbi.
Bəzən müjdələrə çevrilir nəğməm,
Döyür qapıları qaranquş kimi...
Dönüb saf gülüşə qonuram bəzən
Kiminsə üzünə yox olur qəmim,
Kiminsə qəlbində yaşayıram mən,
Demək, yaşamağa haqqım var mənim...
Mənim sevinməyə haqqım var, haqqım,
Damlayam, yaşadar nəhrlər məni...
Sevin, sən də sevin, Vətən torpağım,
Kimsə, haradasa yad edər məni...
***
Dünya
Hər kəs bu dünyaya bir qiymət verdi,
Gah alqış eşitdi, gah qarğış, dünya.
Mənə bollu-bollu həsrət göndərdi,
Qoydu yolum üstə qara daş, dünya.
Həsrət bir an məni tərk eləmədi,
Yaz mehi saçıma zər ələmədi.
Sinəmə əllərin su çiləmədi,
Belə görməyəydi məni kaş, dünya.
Çoxu taleyimə biganə qaldı,
Bu üşüyən könlüm viranə qaldı,
Sorma viranədə daha nə qaldı,
Bəzən dolu olub, bəzən boş, dünya.
***
Səndədir
Ey doğma vətənim, doğma torpağım
Mən əgər quş olsam yuvam səndədir.
Sənsən xilaskarım, sənsən dayağım,
Loğman təbiətli havam səndədir.
Bağlıyam eşqinə, məhəbbətinə,
Gəzsəm də dünyanı mən dönə-dönə,
Qayıdıb gələrəm yanına yenə,
Çünki, elim səndə, obam səndədir.
Sənin laylayınla cana gəlmişəm,
Sinənə baş qoyub mən dincəlmişəm.
Mən yaxşı duymuşam, yaxşı bilmişəm
Dərmanım səndədir, davam səndədir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
Bu gün, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
Dünən, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
Dünən, 10:52
Əməkdar artist vəfat edib
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb
22-09-2025, 18:42
Yeni filmin çəkilişlərinə başlayırlar
22-09-2025, 16:17
Məşhur rejissoru prezident seçiblər
19-09-2025, 15:04
Xankəndidə bayram konserti keçiriləcək
19-09-2025, 09:38
Yeni filmin çəkilişinə razılıq verilib
18-09-2025, 17:16
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto