“İRS” folklor ansamblının bədii rəhbəri COVID-19-dan vəfat edib
Tarix: 12-04-2021 15:27 | Bölmə: Mədəniyyət
“İRS” folklor ansamblının bədii rəhbəri COVID-19-dan vəfat edib

“İRS” folklor ansamblının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə yazıb.

Bildirilib ki, S.Mustafayev COVID-19-dan dünyasını dəyişib.

Xatırladaq ki, o, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib.

Həmçinin bir neçə gün əvvəl S.Mustafayevin həyat yoldaşı Fəridə Mustafayeva, qızı isə ötən il COVID-19-dan vəfat edib.

Qeyd edək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan “İRS” folklor ansamblı yaradıblar. Vaxtilə “İRS” ansanblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfərlər ediblər.

2011-ci ildə Sidqi Mustafayev "Ən vətənpərvər ansambl rəhbəri" nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə “Əməkdar Mədəniyyət işçisi ” adına layiq görülüb

Allah rəhmət eləsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}