16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Arif Quliyevin sağlıq durumu daha da pisləşib
Tarix: 04-05-2021 13:35 | Bölmə: Mədəniyyət
Arif Quliyevin sağlıq durumu daha da pisləşib

"Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib".

Reyting.az
xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Yeni klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

"Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda Arif Quliyevin vəziyyəti kritikdir".

Qeyd edək ki, A. Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O, "Yeni klinika"nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}