14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Xalq artisti Arif Babayev təcili Türkiyəyə aparılıb? - Yenilənib
Tarix: 09-06-2021 23:56 | Bölmə: Mədəniyyət
Xalq artisti Arif Babayev  təcili Türkiyəyə aparılıb?

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

Məlumata görə, həkimlər professor Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.(Report)

A. Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

**

"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır".

Reyting.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, atasının səhhəti normaldır: "Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə, yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}