Alım Qasımovun qızı ərinin həbsindən danışdı: "Nə deyim, başımız sağ olsun"
Tarix: 24-08-2021 16:57 | Bölmə: Mədəniyyət
Alım Qasımovun qızı ərinin həbsindən danışdı: "Nə deyim, başımız sağ olsun"

Mətbuatda Xalq artisti Alim Qasımovun kürəkəninin həbs olunması ilə bağlı xəbər yayılıb.


Bildirilib ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov qaynatasının evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Azvision.az məsələ ilə bağlı Xalq artistinin qızı, xanəndə Fərqanə Qasımova ilə danışıb. O, həyat yoldaşının həbs olunması xəbərini təsdiqləyib.

“Bunu yaymağın nə mənası var? Elə edin ki, yayılmasın. Məsələnin üstü örtülsün. Başımıza belə bir iş gəlib. Nə deyim, başımız sağ olsun”, -deyə F. Qasımova cavab verib.

Qeyd edək ki, Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas sentyabrın 30-a təyin olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}