10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Məşhur müğənni pərəstişkarlarını intizarda qoymayıb - Foto
Tarix: 13-11-2021 10:01 | Bölmə: Mədəniyyət
Məşhur müğənni pərəstişkarlarını intizarda qoymayıb

Məşhur gürcü və sovet aktyoru və müğənnisi, “Mimino” filminin unudulmaz qəhrəmanı həyat yoldaşının ölümündən sonra ilk dəfə sosial şəbəkələrdə görünüb.

Uzun müddət özünü publikadan kənar tutan Vaxtanq Konstantinoviç, nəhayət, dünən virtual dostları üçün fotoşəkillərini paylaşıb. Miminonun sadiq pərəstişkarları çox sevdiyi həyat yoldaşı İrinanı itirdikdən sonra aktyorun bu dərdə tab gətirməyəcəyindən narahat idilər. Onların bəziləri yaşadığı şəxsi faciəsinin Kikabidzedə ağır iz buraxdığının fotoşəkillərdən belə sezildiyini paylaşıb. Düzdür, Vaxtanq kadrda özünü gümrah göstərməyə, üzünə verdiyi təbəssümünün altında içindəki çox dərin ağrını gizlətməyə çalışır.



Yeri gəlmişkən, Vaxtanq Kikabidzenin səhhətinə ən çox narahat olan insanlardan biri də onun yerlisi və dostu, məşhur müğənni Nani Breqvadzedir.

Xatırladaq ki, xoşbəxt cütlük 60 ilə yaxın birgə ömür sürüb. İrina çox sevdiyi Vaxtanqın xatirinə gəncliyində uğurlu balerina karyerasından da imtina edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}