Fəxri adların verilməsi ilə bağlı meyarlar hazırlanır
Tarix: 22-11-2021 14:04 | Bölmə: Mədəniyyət
Fəxri adların verilməsi ilə bağlı meyarlar hazırlanır

"Fəxri adların verilməsi ilə bağlı meyarların hazırlanması işləri davam edir".


Bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, hazırda məsləhətləşmələr aparılır.

"Təxminən prosesin ortasındayıq. Meyarlar daha da təkmilləşdirilir. Müxtəlif ölkələrin təcrübəsinə baxırıq. Məqsədimiz mədəniyyət xadimlərinin işlədiyi sahədə məvacibinin artırılması, onların əmək fəaliyyətinə uyğun olaraq haqlarının təmin edilməsidir. Bu, ümumi prosesin bir hissəsidir. Fəxri adlar da həmçinin", - E.Əliyev vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}