13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
11:42 / 20-10-2025
Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu müdafiə edir
11:30 / 20-10-2025
Eldar Mahmudovun vəkili yayılan xəbərə reaksiya verib
11:26 / 20-10-2025
Qarabağ zonasında daha 1587.8 hektar ərazi minalardan təmizlənib
11:21 / 20-10-2025
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
11:01 / 20-10-2025
Ruslar Sumı rayonunda dəmir yoluna ziyan vurub
10:57 / 20-10-2025
Mərmi qəlpəsi vitse-prezidentin kortejini zədələyib
10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
10:35 / 20-10-2025
Sabiq idarə rəisi azadlığa buraxılıb
10:35 / 20-10-2025
Qızılın qiyməti yenidən artacaq
10:26 / 20-10-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
10:22 / 20-10-2025
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
10:15 / 20-10-2025
Goranboyda kafedə kütləvi dava: xəsarət alanlar var
09:40 / 20-10-2025
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
09:21 / 20-10-2025
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
09:20 / 20-10-2025
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
09:08 / 20-10-2025
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
08:59 / 20-10-2025
Zaxarova: Putinlə Trampın danışığından sonra diplomatlar çox çalışırlar
08:25 / 20-10-2025
Tufan Erhürman Şimali Kipr Türk Respublikasının yeni prezidentidir
08:18 / 20-10-2025
Qəzzada vəziyyət fəlakət həddinə çatıb
08:11 / 20-10-2025
Prezident seçkilərində “autsayder” qalib gəlib
08:05 / 20-10-2025
Atəşkəsdən sonra Qəzzada 51 nəfər öldürülüb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

Sənət dünyasında yeni il sorğusu - Fotolar
Tarix: 09-01-2022 12:23 | Bölmə: Mədəniyyət

Müsahiblərimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tanınmış sənət xadimləridir
Hər dəfə Yeni il gələndə insanın qəlbində gözlədiklərinin reallaşması istəyi ilə yanaşı, yeni arzular da doğulur. İnsan bu arzulara böyük ümidlə sarınır. Psixofizioloji gərginliklə yüklənmiş dünyamızdan umduqlarımızın sayını bəlkə özümüz də bilmirik. Belə bir gerçəkliyin içində bütün insanların, o cümlədən, sənət adamlarının qəlbi elə ümidlərlə çırpınır ki, bu, həm kövrəklik, həm də sənət sevdası hissi aşılayır...
Sevda dolu Yeni iliniz mübarək!
1. Ötən il sənət dünyasında baş verənləri necə dəyərləndirirsiniz?
2. Bugünki teatr yaradıcılığı prosesi sizi qane edirmi?
3. 2022-ci ildən, ümumiyyətlə, gələcək sənət taleyinizdən nə gözləyirsiniz?
4. Sizcə, nə etmək lazımdır ki, teatrın “qızıl dövrü” yenidən qayıtsın?
5. Teatrımızdan, ümumiyyətlə, sənətdən umduğunuz?

İlham Əsədov (Əməkdar artist, GTT həmkarlar təşkilatının sədri):
1. Məlum səbəblərdən – pandemiya, Vətən müharibəsi həyatımızda dərin izlər buraxdı. Çox şükür ki, Ali Baş Komandanımızın müdrikliyi sayəsində Zəfər qazandıq. Lakin pandemiya başa çatmadığından bu il oktyabr ayının 1-dən işə başladıq. Ötən üç ay ərzində binamız təmirdə olsa da, repertuardakı tamaşalarımızı oynamaqla yanaşı, üç yeni tamaşa da hazırladıq. Onlardan birində - İamayıl İmanın “Balaca, yaramaz məxluq” tamaşasında mən də rol aldım. Qarşıda bizi yeni, həm də maraqlı yaradıcılıq işləri gözləyir. Bu il bizim birinci Zəfər ilimiz olduğu üçün itirdiklərimizin əvəzi onunla ödəndi. Bu, bütün dünyada Azərbaycanın misli görünməniş imzası deməkdir. Bunu bizə yaşadan Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan ordusuna minnətdaram! Mən tez-tez başqa ölkələrdə qastrollarda olanda və hər dəfə mənfur düşmənlərlə görüşəndə hardasa başım aşağı idi. İndi isə alnımız açıq, üzümüz ağdır. Bu misilsiz bir Zəfər, başucalığıdır. Bu baxımdan, 2021-ci ildən xoş təəssüratla ayrılır, 2022-ci ilə böyük ümidlərlə gedirəm.
2. Mən çox şükürlü insan olduğum üçün hər şeyə şükür deyirəm. 90-cı illərin çətinliklərini, aclığı, çörək növbəsini görmüşəm. Bu gün mənim üçün hər şey yaxşıdır, böyük tarixi olan bir teatrda işləyirəm, rollarım var. Özümü xoşbəxt hiss edirəm ki, mənim yerimə robotlar səhnəyə çıxmır. Bir gün, bu, belə də ola bilər. Hər şeyi zaman həll edir. Bu baxımdan, mən heç nəyi dəyişməyi düşünmürəm. Son illər bir çox sənət adamlarını itirdik. Allah rəhmət eləsin. 2022-ci ildə qoy hər kəsin qəlbini saf hisslər bürüsün. Yalnız və yalnız gözəl yaradıcılıq barədə düşünək. Hər şey hər kəs üçün gözəl olsun. Zəfər ilimiz mübarək! Bütün Azərbaycan xalqını, bütün teatr sənətkarlarını Yeni il münasibətilə təbrik edirəm.
3. “Qızıl dövr” barədə sual çox çətindir. Birincisi, zaman dəyişib. Elə bir vaxta gəlib çatmışıq ki, internet və sosial şəbəkələr insanları daha çox məşğul edir. Nəinki teatr, hətta telekanallar belə ikinci plana keçib. Canlı ünsiyyətimiz azalıb. Düzdür, tamaşaçılarımız var, teatrımıza rəğbət, hörmət var, amma indi hamı daha çox mobil rabitə ilə məşğul olur. Hətta məclislərdə, toyda, yasda belə insanların mobil rabitəyə meylliyini görüb, narahatlıq hissi keçirirəm. Buna görə də canlı ünsiyyəti qaytarmaq lazımdır. Bunun üçün vasitələr düşünüb tapmalıyıq. Eyni problemləri bu gün Rusiyanın da bütün əyalətlərində yaşayırlar. O vaxtkı dövrün aktyorları qayıdıb gəlsələr belə, yenə də “qızıl dövr” ikinci plana düşəcək. Burada nə teatrların, nə aktyorların, nə rejissorların, nə də televiziyanın günahı var, sadəcə, texnika insanların ruhuna çox güclü təsir göstərir.
4. Desəm ki qane eləmir, bu, düz olmaz. Bəlkə mən bir aktyor kimi tamaşaçını qane eləmirəm? Bugünki teatr prosesi məni qane edir.
Tamaşa zəif, ya güclü olsun, fərqi yoxdur, əsas odur ki, verilən rolun öhdəsindən gələsən, onu lazımi səviyyədə çatdırasan. Bu gün teatrımız yaxşı fəaliyyət göstərir. Hər dövrün öz çətinlikləri olub. İndiki vəziyyətdə də problemlər keçib gedəcək.
5. 2022-ci ildən nə gözləyirəm? Heç nə mənim gözləməyimdən asılı deyil. Məsələ ondadır ki, biz bilmirik rejissorlar hansı tamaşaları götürəcəklər və o tamaşalarda məni görəcəklərmi? Bir aktyor kimi mən çox şey gözləyirəm. Gücüm, bacardığım qədər möhtəşəm rollar oynamaq istəyirəm. Mənə elə gəlir ki, bu sual daha çox rejissorlara verilməlidir. Yaxşı tamaşalar, yaxşı rollar... Sırf teatr fəaliyətimdən bunu gözləyə bilərəm. Ən böyük arzum budur ki, teatrımızın təmiri başa çatsın, tamaşalarımızı stasionarda oynayaq. Sevimli tamaşaçılarımız məhz bizim doğma evimizə - teatrımıza gəlsinlər.

Zemfira Əbdülsəməd:
1. Ötən il pandemiyaya ilə bağlı sənət aləmində bir durğunluq yarandı. Düşünürəm ki, o zaman ərzində heç bir inkişafdan söhbət gedə bilməzdi. Teatrlar, kinoteatrlar bağlı olduğu üçün nə bir tamaşa oynanılırdı, nə də bir film nümayiş olunurdu. Həm pandemiya, həm də Vətən müharibəsi dövründə bir vətəndaş, həm də bir aktyor kimi biz öz mövqeyimizi bildirdik. Gənc Tamaşaçılar Teatrı bir kompozisiya hazırladı və bu, sosial şəbəkələrdə nümayiş olundu. Nə yaxşı ki, teatrlar öz qapılarını tamaşaçıların üzünə açdı və repertuarda olan tamaşaları nümayiş etdirə bilirik, həm də yeni tamaşaların məşqlərinə start verildi. Teatrımızda bir neçə premyera oldu, tamaşaçılarımız da artıq bu tamaşalara gəlib baxmağa başladılar. Biz də ritmimizə qayıda bildik.
2. Biz – aktyorlar zaman və dövrdən asılı olmayaraq, yaxşı dramaturqun, yaxşı rejissorun tamaşasında işləmək istəyirik. Yaxşı dramaturgiyaya, yaxşı rejissor işinə düzgün yanaşma varsa, o zaman uğur da var. Tamaşaçılarımız bizdən daha kreativ, daha müasir tamaşalar görmək istəyirlər. Bunun üçün də bir nəfərin tək fədakarlığı kifayət etmir. Tamaşaçının zövqünü oxşayan tamaşalar hazırlamaq üçün mütləq vəsait lazımdır. İnanıram ki, dövrümüzlə səsləşən, həm də onun problemlərini əks etdirən tamaşalar hazırlaya biləcəyik.
3. Əlbəttə, yaxşı rejissorun gözəl quruluşunda öz imkanlarımı göstərə biləcək bir rol.
4. Teatrın “qızıl dövrü”nə qayıtmaq bir qədər uzun proses tələb edir. Düşünmək lazımdır ki, bu gün tamaşaçı daha çox səhnədə nəyi görmək istəyir və onun istəklərinə görə teatrı formalaşdırmaq lazımdır.
5. Biz – aktyorlar yalnız ürəyimizcə olan gözəl obrazlar, çox istedadlı, novator düşüncəli, zövqü olan rejissorlarla işləmək, kinoda gözəl ssenari, teatrda gözəl dramaturgiya istəyirik. Tamaşaçıların indiyə qədər teatrda, kinoda oynadığımız obrazlara sevgisini, hörmətini, bizə olan ümidini, inamını itirməmək! Əsas bunu qoruyub saxlamaq lazımdır.

Nicat Kazımov (Əməkdar artist):
1. Ümidlə gözləyirdik ki, teatr açılsın. Nəhayət, bu, baş verdi və böyük fasilədən sonra biz yenidən tamaşaçılarımızla görüşdük. Səhnəyə qovuşduq. Bundan böyük xobəxtlik ola bilməz. İndi isə binamızın təmirinin tez başa çatmasını arzulayırıq. İnşallah, tezliklə öz binamızda tamaşaçılarımızı qarşılayarıq. Sırf dəyərləndirməyə gələndə qənaətbəxş dəyərləndirmək olar. Böyük bir durğunluqdan sonra teatr aləmində bir hərəkət başlandı. Biz buna çox sevinirik.
2. Teatr yaradıcılığı prosesi məni qane edir. Qane eləmirsə, taqsır mənim özümdədir. Şəxsən mən əlimdən gələni edirəm ki, həmin proses həm məni, həm də mənimlə işləyən aktyorları razı salsın. Çünki sevdiyim işlə məşğul oluram, sevdiyim əsərləri götürüb hazırlayıram, esvdyim əsərlərdə rol alıram. Ona görə də şəxsən məni qane edir.
3. 2022-ci ildən nə gözləyirəm? Əlbəttə, hər şey Allahın ixtiyarındadır. Çox istərdim ki, hazırladığım A.P.Çexovun “Qağayı” əsəri uğurlu olsun. İstərdim ki, yeni uğurlu teatr hadisələri baş versin. Gələn il mənim yubileyimdir. Onunla bağlı çox maraqlı yaradıcılıq işinin ortaya çıxmasını arzulayıram. Əslində çox şey gözləyirəm. Gözləyirəm teatrımıza status verilsin, layiqli sənətkarlarımız layiqli qiymətlərini ala bilsinlər.
4. Hər kəs öz işi ilə məşğul olsa, hər kəs öz işinə vicdanla,sevgi ilə yanaşsa, məncə teatrın da “qızıl dövrü” qayıtmış olar. Bəziləri deyir ki, teatrda inqilab lazımdır. Mənim üçün teatr hər bir zaman öz “qızıl dövrü”ndədir.
Düzdür, ara-sıra zəif tamaşalar da, zəif aktyor işləri də, zəif rejissor işlərini də görmək olur. Çalışmaq lazımdır ki, zəif işlər teatrlara ayaq aça bilməsin. Düşünürəm ki, aktyorların rifahının yaxşılaşdırılması qayğısına daha çox qalmaq lazımdır ki, onlar da daha çox can yandırsınlar.
5. Mən hər zaman ürəyimcə olan əsərləri hazırlamaq istəyirəm. Aktyorlardan gördüyümüz işə tükənməz sevgi gözləyirəm. Bir ailə kimi, bir komanda kimi daha gözəl işlərə imza atmaq istəyirəm. Bütün teatr kollektivinə - müdiriyyətdən tutmuş sıravi texniki işçilərə qədər - Yeni ildə cansağlığı, ailə səadəti, xoş-firavan həyat, xoş qəlb, xoşbəxt ruh arzulayıram. Qoy bundan sonra itkilərimiz olmasın. Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Tezliklə canımız pandemiya bəlasından qurtarsın.

Şövqi Hüseynov (Əməkdar artist):
1. Ötən il məlum səbəblərdən işimişdən ayrı düşmüşdük. Buna baxmayaraq, işimizi davam etdirirdik. Teatr canlı sənətdir. Arzu edirəm ki, Allah o sınağı biz – yaradıcı insanlara bir də qismət eləməsin. Dövrə və şəraitə uyğun yaxşı qiymətləndirirəm. Onlayn layihələrə qatıldıq. Bildiyimiz kimi, ötən il bizim Zəfər ilimiz oldu. Bu da bizim sənətimizdə, yardıcılığımızda öz gözəl izlərini qoydu. Çox şadam ki, biz artıq alnıaçıq, üzüağ Qarabağın tacı Şuşa şəhərindən mədəniyyətimizi dünyaya çatdıracağıq. Bu, böyük dəyərdir. Allah bizi, bütün millətimizi xəstəliklə bir də sınağa çəkməsin.
2. Özümüzün, sənət dostlarımızın işindən tam qane olmaq dayanmaq deməkdir. Nə vaxt desək ki, hər şey yaxşıdır, hər şey yüksək səviyyədədir, hər şey elədik, o zaman yaradıcılıq inkişafdan qalar. Hesab edirəm ki, qənaətbəxşdir, amma daha yaxşısına çalışmalıyıq. Ümid edirəm ki, elə də olacaq.
3. Biz sənət adamıyıq. Əlbəttə, yeni-yeni tamaşalar, yeni-yeni rollar gözləyirik, sənətimizi nümayiş etdirmək üçün məkan gözləyirik, sevimli tamaşaçılarımızı öz teatrımızda gözləyirik. Ümid edirik ki, belə də olacaq. Tamaşaçılar bizi səhnədə tək qoymayacaqlar. Həmişə olduğu kimi, yenə də yanımızda olacaqlar.
4. Hesab eləmirəm ki, “qızıl” adlandırdığımız nəsə itib. Hesab edirəm ki, o, haradasa bizim yanımızdadır. Bir az diqqətli olsaq, o qızılın parıltısını mütləq görəcəyik. Hər dövrün öz gözəlliyi var və sənətin qızıl olmağı hər dövrdə vacibdir. Ürəyini və gözlərini geniş açmalısan ki, o qızılın parıltısını hiss edəsən.
5. Mən yaradıcı adam olaraq, teatrdan, sənətdən nəsə ummuram, umacağım yoxdur. Hesab edirəm ki, sənət bizdən nəsə gözləməlidir. Biz gözləməməliyik sənət bizə nəsə versin. Biz sənətə nəsə verməliyik, onun qiymətini qaytarmalıyıq. Əgər vicdanlı, ciddi prosesdirsə, yanaşmamız səmimi, safdırsa, umduğumuz mütləq gəlib bizə tapacaq. Mən məxsusi olaraq sənətdən nəsə ummuram. Mən sənətə xidməti daha yüksək qiymətləndirirəm, daha lazımlı sayıram. Yaşasın teatr, yaşasın incəsənət! Təki sağlamlığımız imkan versin, biz də sənətimizi davam etdirək. Bayramınız mübarək! Bütün yaradıcı insanlara, bütün insanlara cansağlığı, yeni-yeni zirvələr arzulayıram.
R.R. - Sənət dostlarımızın fikirlərinə müdaxilə etmək istəmirik. Ölkənin ən öndər teatrlarından biri olan 94 yaşlı GTT bu gün çox ciddi şəkildə yaradıcılıq axtarışlarını davam etdirir, tarixi ənənələrini qoruyub saxlamağa çalışır. Qələbə ətirli – İlham ətirli Zəfər günlərini yaşayırıq. Arzumuz budur ki, o ətrə teatr rayihəsi də yeni bir biçimdə, yeni bir çalarda qarışsın, incə sənət sahiblərinin də bütün istəkləri çiçək açsın!Amin!

Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri,
Əməkdar mədəniyyət işçisi
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb
22-09-2025, 18:42
Yeni filmin çəkilişlərinə başlayırlar
22-09-2025, 16:17
Məşhur rejissoru prezident seçiblər
19-09-2025, 15:04
Xankəndidə bayram konserti keçiriləcək