İranda Qarabağ konfransları keçiriləcək
Tarix: 13-10-2018 21:18 | Bölmə: Siyasət
İranda Qarabağ konfransları keçiriləcək

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, VİP sədri Əli Əliyev, QAT sədrinin müavini İlqar Əliyev, Şərqşünas alim Əkbər Bağırov, media təmsilçiləri Zülfüqar Hüseynzadə və Elşad Paşasoyun daxil olduğu heyət İrana səfərə gedib.

QAT-ın Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan heyəti İranın Təbriz və Ərdəbil universitetləri tərəfindən regionda terrorizm və işğal, Dağlıq Qarabağ münaqişəsi mövzusuna təşkil olunmuş konfranslarda, digər tədbirlərdə iştirak edəcək, Qarabağ həqiqətlərinə dair məlumatları çatdıracaq, kitablar paylayacaqlar. Dörd gün davam edəcək səfər zamanı yerli media nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.

QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında bildirib ki, səfərdə məqsəd İran ictimaiyyətinin Qarabağ həqiqətlərinə dair məlumatlandırılması, iki dost və qardaş ölkə arasında xoş münasibətlərin daha da inkişaf etdirilməsinə yardımçı olmaqdır.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}