Ermənilər kütləvi məzarlıqların koordinatlarını Azərbaycana vermir - Foto
Tarix: 17-09-2023 15:14 | Bölmə: Siyasət
Ermənilər kütləvi məzarlıqların koordinatlarını Azərbaycana vermir

"İtkin düşmüş bəzi şəxslərin taleyinin müəyyən edilməsi bizim üçün əhəmiyyətli hadisədir".

Reyting.az
xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı problemə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, 15 nəfərin taleyi müəyyən edilib: "Həmin şəxslərin taleyinin müəyyən edilməsi Azərbaycanın vətəndaşlarına verdiyi dəyəri göstərir".


H. Mikayıllı

Qurum rəsmisi diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra da ermənilər itkin düşmüş şəxslərlə bağlı bizimlə əməkdaşlıq etmir: "Onlar bizə kütləvi məzarlıqların koordinatlarını vermirlər. Halbuki bu məlumatlar erməni cinayətkarlarında var".

H. Mikayıllının fikrincə, kütləvi məzarlıqların yerinin hələ də gizli saxlanılmasının heç bir hərbi əsası ola bilməz. O vurğulayıb ki, Ermənistan tərəfi bu məsələdə də destruktiv mövqe sərgiləyir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}