Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub
Tarix: 26-02-2024 16:57 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş yeri məlum olub

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.

TASS xəbər verir ki, bunu Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq: “Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”(Report)

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}