16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Lavrovla Ceyhun Bayramov Türkiyədə görüşüblər - (Yenilənib)
Tarix: 01-03-2024 17:15 | Bölmə: Siyasət
Lavrovla Ceyhun Bayramov Türkiyədə görüşüblər - (Yenilənib)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Reyting.az 
xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.

***

1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Reyting.az
 xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}