Ermənistan polisi arxiyepiskopu kəndə buraxmayıb - Video
Tarix: 20-05-2024 13:52 | Bölmə: Siyasət
Ermənistan polisi arxiyepiskopu kəndə buraxmayıb

Ermənistan polisi mayın 20-də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanı Kirants kəndinə buraxmayıb.

Reyting.az
xəbər verir ki, keşişin etirazına cavab olaraq polis Ermənistan Respublikasına xidmət etdiyini bildirib.

Regional polis idarəsinin rəisi Artur Mkrtçyan Qalstanyana yaxınlaşaraq Tavuş yeparxiyasının primatını ad günü münasibətilə təbrik edib. O, həmçinin deyib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bəyanat yayıb və Kirantsa onun sakinləri istisna olmaqla, digər şəxslərin girişinin müvəqqəti dayandırıldığı bildirilib.

“Mən kənd sakiniyəm, yeparxiyanın primatıyam. Qoy keçək, sakinlərə yaxınlaşaq, problem yaratmayaq. Əgər kənd sakinləri bunu bacarırsa, deməli, hamı edə bilər”, - Qalstanyan deyib.

Mkrtçyan isə Qalstanyanın kəndə daxil olmaq istəyinə rədd cavabı verib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}