Putin müharibəni dondurmağa hazırdır
Tarix: 24-05-2024 17:53 | Bölmə: Siyasət
Putin müharibəni dondurmağa hazırdır

Rusiya prezidenti Vladimir Putin atəşkəslə bağlı danışıqlara və mövcud cəbhə xəttində müharibəni dondurmağa hazırdır. Çünki o, bununla xalqına qələbə sata biləcəyinə inanır.

Reyting.az
xəbər verir ki, bunu “Reuters” agentliyi Rusiyadakı dörd mənbəyə istinadla yazıb.

“Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, həm də atəşkəsə - müharibənin dondurulmasına hazırdır”, - həmsöhbətlərdən biri deyib.

Üç mənbə isə iddia edir ki, Rusiya rəhbəri kiçik bir müşavir qrupuna “Qərbin danışıqlara müdaxilə cəhdləri və Ukrayna prezidenti Vladimir Zelenskinin belə bir ehtimalı istisna etmək qərarından” məyus olduğunu bildirib.

Onların sözlərinə görə, Putin müharibəni arxada qoymaq üçün Rusiyanın indiki “sürətindən” istifadə etmək istəyir. Rusiya prezidenti müharibədəki mövcud nailiyyətlərin rusların qələbəsini satmağa kifayət etdiyinə inanır. O, həmçinin başa düşür ki, gələcəkdə durum səfərbərlik tələb edəcək və bu, reytinqlərin aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda müharibə nə qədər uzansa, bir o qədər narazı rus veteranları Rusiyaya qayıdır və cəmiyyətdə gərginlik yaradır.

Agentliyin həmsöhbətləri deyiblər ki, Putinin döyüş meydanında əldə edilən hər hansı nailiyyətin sazişdə əksini tapması ilə bağlı təkidi müzakirə oluna bilməz. “Putin deyəcək ki, biz qalib gəldik, NATO bizə hücum etdi və suverenliyimizi qoruyub saxladıq, Krıma quru dəhlizimiz var və bu, doğrudur”, - həmsöhbətlərdən biri deyib.

Mənbə əlavə edib ki, atəşkəs olmadığı halda Putin Kiyevə təzyiqi artırmaq üçün mümkün çox ərazini ələ keçirmək istəyəcək.

Həmsöhbət əmindir ki, Putin prezident Zelenski dayanmağı təklif edənə qədər yavaş-yavaş əraziləri fəth edəcək. Həmçinin Kreml rəhbəri əmindir ki, Qərb Ukrayna ordusunu kifayət qədər silahla təmin etməyəcək.

Mənbələr deyiblər ki, Putin müşavirlərinə NATO ölkələrinin ərazisi ilə bağlı planlarının olmadığını da bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}