XİN: "Beynəlxalq ictimaiyyət mina təhlükəsinin aradan qaldırılması üçün səylərini artırmalıdır"
Tarix: 28-05-2024 13:43 | Bölmə: Siyasət
XİN: "Beynəlxalq ictimaiyyət mina təhlükəsinin aradan qaldırılması üçün səylərini artırmalıdır"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bu gün Ağdamda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

"Report"
xəbər verir ki, bu barədə XİN sosial media hesabında paylaşım edib:

"Ermənistanın yerləşdirdiyi minalar işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir. Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib. Geniş səylərə baxmayaraq, Ermənistanın minaların yerləşdiyi yerləri əks etdirən dəqiq xəritələri təhvil verməkdən imtina etməsi səbəbindən minatəmizləmə əməliyyatları bir çox problemlərlə üzləşir. Beynəlxalq ictimaiyyət Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması üçün səylərini səfərbər etməlidir!".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}