İrəvan Moskva ilə təmasları əhəmiyyətli dərəcədə azaldıb
Tarix: 05-06-2024 08:14 | Bölmə: Siyasət
İrəvan Moskva ilə təmasları əhəmiyyətli dərəcədə azaldıb

Ermənistan xarici işlər və müdafiə nazirlikləri vasitəsilə Moskva ilə əlaqələrini əhəmiyyətli dərəcədə azaldıb.

Reyting.az
yerli media pesurslarına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatında deyilir.

Qaluzinin sözlərinə görə, bu, ilk növbədə, Qərbin İrəvana təzyiqləri ilə bağlıdır:

“2023-cü ilin noyabrından iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında görüş olmayıb. İrəvan Rusiya və Ermənistan XİN-ləri arasında növbəti məsləhətləşmələr planının hazırlanması və yekunlaşdırılması təklifində maraqlı deyildi”.

Bundan başqa, diplomatın qeyd etdiyi kimi, müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlıqda təmasların intensivliyi əhəmiyyətli dərəcədə azalıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər