Siyavuş Novruzov: "Azərbaycanın Rusiyaya meyillənməsi, Qərbə düşmən olması fikri tamamilə yanlışdır"
Tarix: 07-06-2024 13:08 | Bölmə: Siyasət
Siyavuş Novruzov: "Azərbaycanın Rusiyaya meyillənməsi, Qərbə düşmən olması fikri tamamilə yanlışdır"

“Azərbaycanın Rusiyaya meyillənməsi, Qərbə düşmən olması fikri tamamilə yanlışdır. Radikal müxalifət Azərbaycandakı inkişafı, türk dünyasının birliyini görür. Avropanın müxtəlif agenturalarına işləyənlərdir ki, hiddətlənirlər, paxıllıqlarından çatlayırlar. Hətta bu günlərdə Macarıstanın Türk Birliyinə daxil olmasını görürlər. Şimali Kiprin türk birliyinə daxil olması ilə bağlı Prezidentin qaldırdığı məsələni də. İllərlə yatsalar, yuxularına da girməzdi. Bunların heç birinin indiyə qədər qaldıra bilmədikləri məsələləri görəndə, təbii ki, həyəcanlanırlar. Bu, sırf paxıllığın, düşmənçiliyin nəticəsidir”.

Reyting.az
-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Cənab Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında da bu məsələyə toxunmuşdu ki, gedəcəyimiz yer türk dünyasıdır. Bu, həmişə belə olub. Ümummilli lider Heydər Əliyev də hər zaman türk dünyasının birliyinin arxasında olub. Artıq türk dünyası nəinki regional baxımdan, beynəlxalq baxımından da çox böyük məkana çevrilib. Avropa institutları ilə də mütəmadi əməkdaşlıq edirik. Türkiyənin özü 30 ildən artqdır ki, Avropa İttifaqına daxil olmaq istəyir, NATO-nun üzvüdür, amma bu gün Türkiyəni qəbul etmirlər, gündə bir şərt kəsirlər. Dünən müstəqilliyini əldə edən bir ölkə isə ərizə verən kimi Avropa İttifaqına qəbul edirlər. Artıq bəllidir ki, orada ikili standartdır. Nə qədər cəhd göstərsək də, onlar müxtəlif bəhanələrlə bu məsələnin qarşısını almağa çalışacaqlar. Cənab Prezident də TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərlə məhz bunu nəzərdə tutdu ki, tarixə diqqətlə baxın, görərsiniz”, - S.Novruzov bildirib.




Bölməyə aid digər xəbərlər