Ceyhun Bayramov və Hakan Fidan regional məsələlərlə bağlı müzakirə aparıblar
Tarix: 10-06-2024 16:59 | Bölmə: Siyasət
Ceyhun Bayramov və Hakan Fidan regional məsələlərlə bağlı müzakirə aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Reyting.az x
əbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər